Şiddətli bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisani MRİ testləri üçün klinikaya aparılıb
Ərdəbil mərkəzi həbsxanasında 15 illik həbs cəzasını çəkən siyasi məhbus Abbas Lisani dünən 21 Oktyabr 2021-də şiddətli bel və diz ağrılarından əziyyət çəkdiyi nədəni ilə MRİ testləri üçün klinikaya aparılıb.
İranwire-ə çatan məlumatlara görə, cənab Lisani Pərtov adlı klinikaya aparılarkən təhlükəsizlik qüvvələrindən ibarət 3 avtomobil onu müşayiət edib.
Abbas Lisani 24 İyun 2021-də də ürək xəstəliyi səbəbiylə bəzi testlər üçün Ərdəbildəki İmam Əli Tibb Klinikasına göndərilmişdi ancaq dərhal həbsxanaya qaytarılmışdı.
Cənab Lisani, davamlı işgəncə, çoxsaylı aclıq aksiyaları və uzun həbs cəzaları səbəbindən yüksək qan təzyiqi, yüksək ürək dərəcəsi və xroniki diz ağrısı və bel diskindən əziyyət çəkir. Bu siyasi məhbus, 2019-cu ilin dekabrında həbs olunduğundan bəri, təcili tibbi yardıma ehtiyac olması barədə Ərdəbil Həbsxanası həkiminin vurğulamasına baxmayaraq, tibbi məzuniyyətə göndərilməmişdi.
Abbas Lisani Ərdəbilli şairi, yazıçı və mədəni fəaldır. Bu siyasi məhbus Ərdəbil Mərkəzi Həbsxanasında 15 illik həbs cəzasını çəkir. Keçən ilin iyul ayında Ali Məhkəmə, Abbas Lisaninin etirazını rədd edərək, onun Ərdəbil Apellyasiya Məhkəməsində 8 ildən 15 ilə qaldırılan cəzasını eyni şəkildə təsdiqlədi.