Şərqi Azərbaycanda 7 ay ərzində 81 fəhlə iş qəzalarında ölüb
Bu ilin ilk 7 ayında Şərqi Azərbaycan vilayətində baş vermiş iş qəzaları səbəbilə 81 fəhlə həyatını itirib.
İranın xəbər agentlikləri bu barədə Şərqi Azərbaycan vilayəti Tibbi Ekspertiza Mərkəzinə istinadən məlumat yayıb.
Yayılan məlumata əsasən, vilayətdə iş qəzalarında həlak olanların sayı keçən illə müqayisədə təqribən 40 faiz artıb.
Tibbi Ekspertiza Mərkəzinin sədri Əli Səfayi-Fərdin açıqlamalarına görə, “1399-cu hicri ilinin ilk 7 ayında 81 fəhlə iş qəzası nəticəsində həyatını itirib.
Ölənlərin hamısı kişidir. Həmin müddətdə 15-i qadın olmaqla 810 nəfər iş qəzalarında aldıqları xəsarət səbəbilə tibbi ekspertiza mərkəzinə müraciət edib.”
1398-ci hicri ilində Şərqi Azərbaycanda biri qadın olmaqla, 96 fəhlə iş qəzası səbəbilə həlak olmuşdu.
İran İslam Respublikası iş təhlükəsizliyi standlarına görə, dünyada işçilərin ən çox ölüm riski ilə üzləşdiyi ölkələr arasındadır.
VOA