Şərqi Azərbaycanda 2 ay ərzində 19 fəhlə iş qəzası nəticəsində həyatını itirib
Şərqi Azərbaycan vilayətində martın 20-dən mayın 20-dək olan müddət ərzində 19 fəhlə iş qəzalarında həyatını itirib. Keçən il həmin müddətdə bu rəqəm 9 olduğu halda, bu il 19-a yüksəlib.
Bu barədə İLNA xəbər agentliyinə məlumat verən Tibbi Ekspertiza Mərkəzinin sədri Əli Səfayi-Fərd bildirib ki, 10 nəfərin hündürlükdən düşmək, 4 nəfərin sərt obyektə çarpmaq, 3 nəfərin elektrik vurması, 2 nəfər isə boğulmaq və yanıqlar nəticəsində həyatını itirdiyini bildirib. O, həmçinin 147 nəfərin iş qəzalarında aldığı yaralar nəticəsində vilayətin Tibbi Ekspertiza Mərkəzinə müraciət etdiklərini söyləyib.
1397-ci hicri ilində Şərqi Azərbaycan vilayətində baş verən iş qəzalarında 73 fəhlə həyatını itirib. 1398-ci hicri ilində isə bu rəqəm 96-ə yüksəlib.
İran əmək təhlükəsizliyi baxımından dünya ölkələri arasında 102-ci yerdədir. Bu isə o deməkdir ki, İran işçilərin təhlükəsizliyi üçün uyğun şərait yaratmır.
VOA