Şərqi Azərbaycan vilayətində aksiya keçirən işçilərin üzərinə kran sürülüb
İranın Şərqi Azərbaycan vilayətinin Vərziqan bölgəsində etiraz aksiyası keçirən çox sayda mədən işçisinin üzərinə kran sürülüb. Dekabrın 4-də baş verən hadisədə insan tələfatı olmadığı bildirilir.
Əmək hüquqları müdafiəçiləri kranın planlı bir şəkildə və aksiyanı dağıtmaq məqsədilə işçilərin üzərinə sürüldüyünü önə çəkərkən, mədən kompleksinin müdiri hadisənin kranın əyləcinin tutmamasından dolayı baş verdiyini irəli sürüb.
Sosial şəbəkələrdə yayılan videolarda görünür ki, şüarlar səsləndirərək və əllərində plakatla yürüş edən çox sayda işçi qəfildən üzərlərinə sürülən kranı görür və yolun kənarına qaçırlar.
Hadisə ilə bağlı görüntülər yayan “İran İşçilərinin Azad Birliyi”-nin Telegram kanalında yazılanlara görə, “bütün etirazçıların fərasəti və sürətli reaksiyası sayəsində möcüzəvi şəkildə insan tələfatı olmayıb. İşəgötürənlər bu hadisəni aksiyanı işçilərə ciddi xəsarət yetirərək pozmaq məqsədilə planlaşdırmışdılar.”
Videolarının sosial mediada yayılmasının ardınca Süngün mis mədəni kompleksinin müdiri də hadisə ilə bağlı açıqlama yayımlayıb. İSNA agentliyinə istinadən, müdir hadisənin kranın əyləcinin tutmaması səbəbilə baş verdiyini irəli sürüb.
اقدام به کشتار دستهجمعی #کارگران معترض #معدن_مس_سونگون توسط کارفرما (!)
امروز ۱۳ آذر ۱۴۰۰، در پنجمین روز اعتصاب کارگران شرکتهای پیمانکاری معدن مس سونگون، جرثقیل یکی از شرکتها، آگاهانه، با سرعت زیاد و بدون هیچگونه اخطاری تلاش کرد کارگران معترض را زیر بگیرد. (!)#آذربایجان.ش pic.twitter.com/89hpchltPz
— parviz yari|پرویز یاری (@ParvizYari2) December 4, 2021
Süngün mis mədəninin podratçı şirkətlərinə çalışan yüzlərlə işçi günlərdir tətil və piket təşkil edərək aşağı əmək haqqı, habelə pis iş və məişət şəraitinə etiraz edirlər və əmək haqqı və ödənişlərinin artırılmasını tələb edirlər.