Səmanə və Mehdi Dadgər həbs, şallaq və pul cəzasına məkum ediliblər
Son etirazların ilk günlərində həbs olunanlardan biri olan Səmanə Dadgər 5 il şərti həbs, 74 Şallaq və 4 ay həbs yerinə üç milyon tümən cəzaya və Mehdi Dadgər isə 23 ay həbs cəzasına məhkum edilib.
Səmanə Dadgər Əbhar İnqilab Məhkəməsində “Ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il şərti həbs cəzasına məhkum edilib. Xanım Dadgər Abhər 2-ci Cinayət Məhkəməsində keçirilən ikinci işdə , 74 Şallaq və 4 ay həbs yerinə üç milyon tümən cəzaya məhkum edilib.
Ayrıca Hakim Məhəmmədiyanın rəhbərlik etdiyi Abhər 2-ci Cinayət Məhkəməsinin 103-cü şöbəsi Mehdi Dadgarı “İslam Respublikasının qurucusu və liderini təhqir etmək” ittihamı ilə 15 ay, “İslam Respublikasının əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 8 ay həbs cəzasına məhkum edib. İslam Cinayət Məcəlləsinin 134-cü maddəsi tətbiq edilməklə, bu hökmdən 15 ay müddətində icra oluna bilər. Başqa bir işdə isə bu mədəni fəal “ictimai şüuru pozmaq məqsədi ilə yalan yaymaqda” ittiham olunub və hökmü gözləyir.
Zəncan əyalətinin Hidəc şəhərinin sakinləri bu iki Azərbaycanlı bacı-qardaş 2022-ci il sentyabrın 22-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Səmanə Dadgər həbs olunduqdan sonra Zəncanın Səfərabad Həbsxanasına, Mehdi Dadgər isə Əbhər Mərkəzi Həbsxanasına köçürülüb və 18 gündən sonra 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq həbsdən buraxılıb. Ancaq qohumları bu iki bacı qardaşın həbs zamanı və sorğu-sual zamanı şiddətli döyüldüklərini bildirmişdilər.
#ümumi_etirazlar