Ruzbeh Piri Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb
Təbrizdə yaşayan jurnalist və tərcüməçi Ruzbeh Piri 12 fevral 2022 şənbə günü atasının evinin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək bəlli olmayan yerə aparılıb.
Bu xəbəri Ruzbeh Pirinin qardaşı “Yaşar Piri” İnstaqram səhifəsindəki bir paylaşımla bildirib. Yaşar Piri yazıb: “Qardaşım Ruzbeh Piri həbs olundu. Onu tutmaq üçün 15-16 nəfər hücum edib atasının evinin qarşısında zorla maşına mindiriblər”.
Bu xəbər dərc olunana qədər Ruzbeh Pirinin həbsinin səbəbləri və köçürüldüyü yer bəlli deyil. Bununla belə, bu jurnalistin həbsinin ona verilən üç illik həbs cəzası ilə bağlı olduğu güman edilir.
Bundan öncə Hakim Fəthnejadın rəhbərlik etdiyi Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi Ruzbeh Pirini “müxalifət qruplara üzv olmaq” ittihamı ilə 5 il, “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə bir il həbs cəzasına məhkum etmişdi. Yaşar Piri də İnstaqram səhifəsində bu iş üzrə apellyasiya məhkəməsinin Ruzbeh Pirini müxalif qruplara üzv olmaq ittihamı ilə 3 il, rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə isə 8 ay həbs cəzasına məhkum etdiyini açıqlayıb. İslam Cinayət Qanununun 134-cü maddəsinə əsasən, bu halda üç il həbs cəzası tətbiq olunacaq.
Ayrıca bu ilin Avqustunda Doğu Azərbaycan Apelyasiya Məhkəməsinin 12-ci şöbəsi qardaşının Bəsic qüvvələri tərəfindən döyülməsi və işgəncə verməsinin fiziki nəticələri barədə bilgi verdiyi üçün Ruzbeh Pirini beş milyon tümən cərimə ödəməyə məhkum etmişdi.
Ruzbeh Piri tərcüməçi, “Təbriz” jurnalının redaktoru və Təbriz Azad Universitetində “Nəvid Etedal” tələbə təşkilatının təsisçisidir. Bu mədəni fəal 2019-cu ilin noyabrında ümummi etiraz aksiyaları ilə bağlı saxlanılanlardan biridir.
#azərbaycan_xəbərləri #mədəni_fəal #ruzbeh_piri