Rejim Azərbaycan Türkü fəal Salar Tahir Əfşarı 8 ay həbsə və 20 şallaq zərbəsinə məhkum etdi
Urmiya şəhəri sakini, azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşarı 8 ay həbsə və 20 şallaq zərbəsinə məhkum edib.Fəal barədə rejimin məhkəməsi martın 14-də qərar çıxarıb. Rejim azərbaycanlı fəalı şərləyərək,onu “Yanacaqdoldurma məntəqəsini dağıtmaq, tıxac yaratmq, iğtişaşlara qoşulmaq, film yükləmək və şüar səsləndirməkdə” ittiham edib.
Qeyd edək ki, Salar Tahir Əfşar bundan əvvəl də Azərbaycan türk millətinin hquqları uğrunda mübarizə etdiyi üçün təzyiqlərlə qarşılaşmışdır.