Qərbi Azərbaycan əyalətində zəlzələ nəticəsində 36 nəfər xəsarət alıb
İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi deyib.
M.Xalidi bildirib ki, Xoy şəhərinin Qətur bölgəsində 5,7 maqnitudalı zəlzələ zamanı 36 nəfər xəsarət alıb.
M. Xalidi deyib ki, zəlzələ yerli vaxtla saat 9:22 radələrində yerin 6 kilometr dərinliyində baş verib. Daha sonra 13 afteşok qeydə alınıb.
İran Təcili Tibbi Yardım Xidmətinin rəhbəri qeyd edib ki, Xoy şəhərinin 25 kəndində evlərə 20-90 faiz civarında ziyan dəyib, bəzi evlər dağılıb.
Türkiyə ilə sərhəddə baş verən 5,9 maqnitudalı zəlzələ nəticəsində İranda 25 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Qərbi Azərbaycan əyalətinin Qotur rayonunda dağılan evlər var.
Xatırladaq ki, zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 8 nəfər ölüb.
Qaynaq : Real TV