Qarabağ müharibəsi bitdikdən sonra ən az 13 nəfər qoyun qurban kəsdikləri üçün tutuldular
İranwire-in Doğu Azərbaycan əyalətinin Sarab şəhərindən aldığı xəbərlərə görə, “Firuz Əqili”, “Babək Delxuni” və daha bir neçə Sarablı vətəndaş “Qarabağın azad edilməsi qutlaması üçün” qoyun qurban kəsdikdən sonra həbs edilərək naməlum yerə köçürüldülər.
12 Noyabr Cümə axşamı, Batı Azərbaycan Əyalətindəki Tikab İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsinin nəzarətçiləri bu şəhərin vətəndaşlarının qutlama mərasiminə hücum etdikdən sonra 16 yaşlı Əmir Riza Moradi Pəhləvan, 16 yaşlı Hüseyin Sadri və 15 yaşlı Əli Sədri adlı üç yeniyetməni həbs etdilər. Təhlükəsizlik qüvvələri bu bu şəhərdəki Məcid Zahedpur, Saeb Nəhavəndi Tikantəpə və Abdullah Qulami adlı daha üç mədəni fəalı həbs etdilər.
Bütün məhbuslar Tikabın İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsinə köçürüldülər və bir neçə saatlıq sorğu-sual və təhdiddən sonra sərbəst buraxıldılar. Həbs olunanlar, Dağlıq Qarabağın azadlığını qeyd etmələri ilə bağlı videoçarx onlayn yayımlandığı təqdirdə, yenidən tutacaqları ilə hədələyiblər.
Ayrıca, 10 Noyabr Çərşənbə axşamı günü Meşkinşəhrli bir mədəni fəal Rəsul Nərimani, bu şəhərin təhlükəsizlik polisinə çağırıldıqdan sonra həbs olundu. Həbsin Azərbaycan ordusunun tarixi Şuşa şəhərini erməni qüvvələrindən azad etməsi səbəbi ilə Meşkinşəhr şəhərindəki qutlama Karnavalı ilə əlaqədar həyata keçirildiyi bildirilir.
Bənzər bir hərəkətlə Ərdəbil İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsi, 9 Noyabr Bazar ertəsi günü səhər saatlarında Şuşanın azad edilməsi münasibətilə şirni payladığı üçün “ictimai fikri narahat etmək” ittihamı ilə Ərdəbil Həbsxanasında həbs olunan siyasi məhbus Abbas Lisaninin oğlu “Mehdi Lisani”ni çağırdı və Ərdəbilin bazarında işin davam etməsini qadağan etdi.
Səid Behnamun Urmiyədə, bənzər səbəblərdən evində təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Urmiya Mərkəzi Həbsxanasına köçürüldü və 11 Noyabr Çərşənbə axşamı günü məhkəməyə qədər 500 milyon Tümən müvəqqəti girov müqabilində sərbəst buraxıldı. Onunla birlikdə bu Urmiyəlı fəalın qardaşı və atası da saxlanılmışdılar və saatlar sonra sərbəst buraxıldılar.
Son günlərdə, Dağlıq Qarabağ müharibəsinin sona çatması ilə birlikdə İran Azərbaycanlıları müxtəlif şəhərlərdə Araz çayının Quzeyindəki soydaşları ilə birlikdə sevinc və qutlama karnavallarını tutaraq şirniyyat paylayaraq və qurban kəsərək bayram və rəqs etdilər.
Ancaq təhlükəsizlik orqanlarının İran Türk vətəndaşlarının qeyd etməsinə cavabı əngəl olmaq, təhdid, çağırış və həbs oldu. İran təhlükəsizlik qüvvələri yüzlərlə Azərbaycanlı siyasi, mədəni və tələbə fəalını 13 iyul bazar günü Azərbaycan ilə arasında hərbi Ermənistan arasında muharibənin başlamasından bəri həbs ediblər.