Qadın motokros çempionu 8 il həbs cəzasına məhkum edildi
Bəhai vətəndaş və İranda həm sürət, həm də motokros yarışlarında ilk çempion qadın olan “Şahrzad Nazifi”, qiyabi olaraq İnqilab Məhkəməsinin Hakimi İman Əfşarinin sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsinə 8 il həbsə məhkum edildi.
Məhkəmə vəkili Məhəmməd Hadi Erfanian Kaseb, bu xəbəri Twitter hesabında elan edərək, müvəkkili Şahrzad Nazifiyə, Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsi İslam Cəza Qanununun 498-ci maddəsinə əsasən 8 il həbs cəzası və 2 il ölkədən çıxma qadağanı və 3 ay boyunca hər gün 4 saat dövlət xidmətləri göstərməsi hökmünü qiyabi olaraq verildiyini dedi və qiyabi hökmə qarşı olaraq apellyasiya şikayəti verdiklərini bildirdi.
İslami cəza qanununun 498-ci maddəsinə görə, “Ölkənin təhlükəsizliyi pozmaq məqsədi ilə hər hansı bir ad və ya ad altında, ikidən çox üzvü olan hər hansı bir ideologiya, qrup, əhali və ya dəstəni ölkə daxilində və xaricində təşkil və ya idarə edən şəxs düşmən olaraq tanımlanmazsa” iki ildən on ilə qədər həbs cəzasına məhkum edilir.
Şahrzad Nazifi, 18 Noyabr 2018-də bir motosiklet yolunda Kəşfiyyat Nazirliyinin agentləri tərəfindən tutuldu. Zabitlər, həmçinin Nazifi xanımın qızı Nura Naraqini də motosiklet yolunda tutdular.
Şahrzad Nazifi 3 Dekabr 2018-də 700 milyon tümənlik girov müqabilində sərbəst buraxıldı.
2019-cu il 2 Maydan bəri, Nazifi xanımın ailəsi özü xaricində həyat yoldaşı Mehrşad Naraqi və iki uşağı Nura və Meraat, məhkəmə hökmü olmadan ölkənin motokros yollarında yarışmadan, məşqdən və təlimdən məhrum edildilər.
iranwire