Qəri Azərbaycan, Əli Əzizi Apellyasiya Məhkəməsində cərimə cəzasına məhkum edilib
Urmiyədə yaşayan bir mədəni fəal və 2019-cu il Noyabr etiraz aksiyalarının məhbuslarından biri olan “Əli Əzizi” ümumilikdə 4 milyon Tümən cərimə edilib.
Iranwire tərəfindən alınan xəbərlərə görə; Doğu Azərbaycan Əyalət Apelyasiya Məhkəməsinin 6 saylı şöbəsində Əli Əzizi “Gamac qrupuna üzv olmaq” ittihamından bəraət etdi və “İslam Respublikasına qarşı təbliğat” ittihamından isə 3 milyon Tümən cərimə ödəməyə məhkum edildi.
Gamac, İslam Respublikasındakı Azərbaycanli müxalifət partiyalarından birinin adıdır.
Doğu Azərbaycan Əyalət Apelyasiya Məhkəməsinin 6 saylı şöbəsi bu Azərbaycanlı mədəni fəalın işinin ikinci hissəsində “ictimai şüuru pozmaq və rəsmi məqamları təhqir etmək niyyəti ilə yalan Yaymaq” ittihamı ilə bir milyon Tümən cərimə cəzasına məhkum etdi.
Bundan əvvəl, hakim Fəthnejadın rəhbərlik etdiyi Təbriz İnqilab Məhkəməsinin Üçüncü Şöbəsi tərəfindən Əli Əzizi “rejimə qarşı təbliğat” ittihamı ilə 1 il, “qanunsuz Gamac qrupuna üzv olmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum etmişdi.
Əli Əzizi, 19 Noyabr 2019-cü ildə Urmiyadakı təhlükəsizlik qüvvələrinin iş yerinə etdiyi basqınından sonra həbs olundu. Bu mədəni fəal dindirilmədən sonra həmin gün girov müqabilində sərbəst buraxıldı. Lakin 4 mart 2019-cu ildə Urmiyadakı atasının evində təhlükəsizlik qüvvələri tərəfindən yenidən həbs olundu və Təbriz Mərkəzi Həbsxanasına köçürüldükdən sonra, 25 Aprel 2020-ci ildə məhkəmənin sonuna qədər girov müqabilində sərbəst buraxıldı.
Keçən ilin iyul ayında Təbriz İnqilab Məhkəməsinin 16 saylı şöbəsi cənab Əzizinin girov məbləğini 500 milyon Tüməndən 650 milyon Tümənə qaldırmışdı.
VOA