Qərbi Azərbaycan vilayətinin şəhərlərində çirkli hava şəraiti təhlükəli səviyyəyə çatıb
Urmiyə şəhərinin yerli vaxtla saat 11:00-də hava keyfiyyəti indeksi bütün yaş qrupları üçün təhlükəli olan 470-ə çatdığı bildirilib.
Urmiyadə 24 saatlıq hava keyfiyyəti indeksinin isə 119-a bərabər olduğu bildirilir. Bu hava keyfiyyəti indeksi həssas qruplar üçün qeyri-sağlam bir şəraitdir.
Qərbi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi İdarəsinin müavini Səid Musəvi yarı-rəsmi İSNA xəbər agentliyinə tozun mənbəyinin İraq olduğunu bildirib.
Hazırda Urmiyədə hava şəraiti ürək və ya ağciyər xəstəliyi olan insanlar, yaşlılar və uşaqlar üçün təhlükəlidir. Rəsmilər sağlam insanların belə Urmiyə şəhərində lazımsız işlərdən çəkinməli olduqları barədə xəbərdarlıq edib.
Qərbi Azərbaycan vilayətinin cənub şəhərlərində havanın keyfiyyət indeksinin 195 və bunun qeyri-sağlam olduğu elan edilib.
Urmiyə gölünün quruması, bir çox sayda avtomobilin köhnə olması və bunlar kimi bir sıra digər səbəblərə görə ilin bir çox günlərində İran Azərbaycanının böyük şəhərlərində hava çirkliliyi qeyri-sağlam hal alır.