Qərbi Azərbaycan : 2019-cu ilin Noyabr etirazçılardan biri 6 il həbs cəzasına məhkum edildi
Urmiyədə yaşayan mədəni fəal və 2019-ci il Noyabr etiraz aksiyalarının məhbuslarından biri olan Əli Əzizi 6 il həbs cəzasına məhkum edildi.
Təbriz İnqilab Məhkəməsinin Üçüncü Şöbəsi, hakim Fəthnejadın sədrliyi ilə Əli Əzizini “rejimə qarşı təbliğat” ittihamı ilə bir il və “qanunsuz Gamac qrupuna üzv olmaq” ittihamı ilə beş il həbs cəzasına məhkum etdi.
Bu məhkəmə qərarı, cənab Əzizinin vəkili Əsgər Məhəmmədiyə şifahi şəkildə çatdırıldı.
Əli Əzizi, 19 Noyabr 2019-cu ildə təhlükəsizlik qüvvələrinin Urmiyədəki iş yerinə basqın etdiyi zaman həbs olundu. Mədəni fəal dindirilmədən sonra həmin gün girov müqabilində sərbəst buraxıldı. lakin, 25 Mart 2019-cu ildə Urmiyədəkı atasının evində təhlükəsizlik agentləri tərəfindən yenidən həbs olundu və Təbriz Mərkəzi Həbsxanasına köçürüldükdən sonra, 26 Aprel 2019-cu il tarixdə məhkəməyə qədər girov müqabilində sərbəst buraxıldı.
Bu ilin İyul ayında cənab Əzizi son müdafiə olunmaq üçün Təbriz Ümumi və İnqilab Məhkəməsinin 16 saylı şöbəsinə getdikdən sonra ” sosial şəbəkələrda yalanlar yaymaq” ilə günahlandırıldı və bu iş üzrə müstəntiq cənab Əzizinin girov məbləğini 500 milyon Tüməndən 650 milyon Tümənə qaldırdı.
Əli Əzizi, Gamac qrupunun üzvü olmaq ittihamı ilə 5 il həbs cəzasına məhkum edilmiş ancaq bu partiyanın əsasnaməsinin 8-ci maddəsində görə: “Təhlükəsizlik baxımından təşkilatımızın Azərbaycanda və İran sərhədləri daxilində heç bir üzvü və ya nümayəndəsi olmayacaq.”
Amnesty International bundan əvvəl Əli Əzizi haqqında 2019-cu ilin Noyabr hadisələri ilə bağlı yayımlanan “İnsanlığı məhv edənlər” adlı raporunda yazmışdı: “Əli Əzizi, hüquqlarının dinc həyata keçirilməsi üçün ifadə azadlığı, aksiya və dinc toplaşmaya görə həbs edildiyi təqdirdə bir vicdan məhbusu sayılır.”