Qəzvin şəhərində Suriyəlilər yerləşib – “58 min xarici mühacir”
Rəsmi statistikaya əsasən Qəzvin şəhərində 58 min xarici mühacir yerləşib. Mühacirləin arasında Suriyə vətəndaşlarıda var.
Qəzvin əyalətini miqrasiya və xarici mühacirlər üzrə baş direktoru Bəhmən Əşayiri Qəzvin şəhərində məskunlaşan xarici mühacilərin ümumi sayısını 58 min nəfərə çatdığını bildirib.
Bəhmən Əşayirinin sözlərinə əsasən mühacirlər Əfqanıstan, İraq, Çin, Qırğızıstan və Suriyədan İrana daxil olub və hazırda Qəzvin əyalətində yaşayırlar.
“Qəzvin əyalətində 16 min xarici qaçqın və 10 minə yaxın qanuni mühacir yaşayır, əlavə olaraq 32 min qanunsuz mühacirin yaşaması gözlənilir” deyə o əlavə ecib.
Bu barədə “Təsnim” agentliyi xəbər yayıb.
Qəzvin əyalətində yaşayan Suriyə vətəndaşlarının sayı barəsində dəqiq statistika verilməyib.
Son illərdə Əsəd rejimini və İran İslam Respublikasını dəstəkləyən minlərlə suriyəlı İranda məskunlaşdı. Lakin onların dəqiq sayısı məlum deyil.