Pompeo İsrail-BƏƏ razılığını yüksək qiymətləndirir
Bazar ertəsi ABŞ Dövlət Katibi Mayk Pompeo digər ərəb xalqlarının İsraillə diplomatik münasibətlər qurmaqda Birləşmiş Ərəb Əmirliklərindən nüaunə götürəcəyinə ümidini ifadə edib.
Qüdsdə İsrailin Baş Naziri Benyamin Netanyahu ilə birlikdə açıqlama verən Pompeo daha çox xalqın bu addımı atacağı təqdirdə həm Yaxın Şərqdə sabitliyin möhkəmlənəcəyini, həm də həmin ölkələrdə insanların rifah halının yaxşılaşacağını qeyd edib.
Avqust ayının əvvəlində İsrail-BƏƏ sövdələşməsinin baş tutması üçün Amerika Birləşmiş Ştatları köməklik edib. Netanyahu bu sövdələşmənin region üçün yeni era başlatdığını vurğulayıb.
O, “radikallara qarşı müttəfiqlər ittifaqı” adlandırdıqlarını əsas gətirərək digər dövlətlərlə barışıq perspektivindən danışıb.
Netanyahu həmçinin Tramp administrasiyasına nüvə proqramını məhdudlaşdıran 2015-ci il müqaviləsi çərçivəsində aradan qaldırılmış İrana qarşı beynəlxalq sanksiyaların geri qaytarılması təşəbbüsünə görə minnətdarlığını bildirib.
Birləşmiş Ştatlar Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan müqavilədən çıxdığı üçün Britaniya, Fransa və Almaniya da daxil olmaqla, imzalayan tərəflər ABŞ uzaqlaşdığı üçün sanksiyaları dəstəkləyə bilmədiklərini deyib.
Pompeo həmçinin bazar ertəsi İsrailin Müdafiə Naziri Benni Qantz və Xarici İşlər Naziri Qabi Aşkenazi ilə görüşməlidir.
İsrail görüşlərindən sonra Pompeonun Sudan, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə səfəri planlaşdırılır.
VOA