Polis qüvvələri Mərənd şəhərində 56 əkinçini həbs edib
Mərənd şəhərinin Yekanat rayonunda vətəndaşların əkinçilik torpaqlarının Təbii Sərvətlər Təşkilatı tərəfindən müsadirə olunmasına etirazından sonra təhlükəsizlik və hüquq-mühafizə orqanları iki gündə bu rayondan 56 nəfəri həbs edib.
İranwire-in əldə etdiyi xəbərlərə görə, dünən, bazar ertəsi, polislər “Yekanat Kəhriz” kəndinə giriş yollarını bağlayandan sonra bu kəndin azı 30 əhalisini zorakılıqla basqın edərək həbs ediblər. Bu həftənin şənbə günü Yekanat rayonundan olan vətəndaşların Mərənd fərmandarisi qarşısında etiraz aksiyası keçirməsinin ardınca polis və təhlükəsizlik qüvvələri bu rayonun daha 26 vətəndaşını həbs edib.
Yekanət Kəhriz kəndinin əkinçilərindən biri İranwire-ə verdiyi müsahibədə bildirib ki, Mərənd fərmandarisi qarşısında 26 əkinçinin həbsindən iki gün keçməsinə baxmayaraq, onlar hələ də azad edilməyib. Eyni zamanda, məhbusların hər birinə 300 milyon tümən girov verilib və bu vətəndaşların əksəriyyətinin belə bir məbləği təmin etməyə maddi imkanı yoxdur.
Bu əkinçinin sözlərinə görə, Yekanət rayonunun sakinləri ata-baba torpaqlarının Təbii Sərvətlər Təşkilatı tərəfindən zəbt edilməsinə etiraz edirlər. O, Iranwire-ə deyib: “Demək olar ki, bütün torpaqlarımızın sənədi var; Amma hökumət onları təbii sərvət adı ilə və gücə arxalanaraq əlimizdən aldı və indi o torpaqları bir İsfahan şirkətinə verib”.
Təbii Sərvətlər Təşkilatının müsadirə etdiyi torpaqlar Mərənd şəhərinin əkinçilərinin əsas gəlir mənbəyidir.Təbii Sərvətlər Təşkilatının ötən ildən “milli” elan etdiyi 20 min hektar torpaq əkinçilikdən məhrum edilmişdir.
Bu arada, Təbii Sərvətlər Təşkilatı Yekanətın kəndlərinin əkinçilik yararlı torpaqlarını “milli torpaqlar” elan edib ki, bu torpaqlar daha çox sənədlidir və bu qurum son vaxtlar həmin torpaqların bir hissəsini qida istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərə verib.
İranwire ilə danışan əkinçi deyir: Təbii Sərvətlər Təşkilatı Yekanatlı əkinçilərin torpaqlarını zəbt edib zəngin ərzaq şirkətlərinin verdikdən sonra bu şirkətlər hasarlar çəkərək mal-qaranın içəri girməsinin və kəndlilərin torpaq sahələrini davam etdirməsinin qarşısını almağa başlayıblar. Kənd sakinləri Təbii Sərvətlər Təşkilatı və şirkət nümayəndələri ilə nəticəsiz görüşlər keçirdikdən sonra bu şirkətlərdən şikayət də ediblər. Lakin kənd sakinlərinin davamlı izləmələrinə baxmayaraq, Mərənd şəhərinin məhkəmə qurumları bu şikayəti araşdırmaqdan imtina edib və kənd sakinlərinə aydın cavab verməkdən imtina ediblər.