Pejman Cəlili girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb
Təbriz şəhərində baş verən son hadisələrin məhbuslarından olan Pejman Cəlili məhkəməyə qədər 1 milyard 100 milyon tümən girov girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.
Cənab Cəlilinin yaxınlarının təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilməsinə görə ona irəli sürülən ittihamlar, saxlanma tərzi və təcridxanada işgəncələrə məruz qalma ehtimalı barədə ətraflı məlumat yoxdur.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.
#ümumi_etirazlar