Pandemiyanın psixoloji fəsadları
Qlobal pandemiya bir çoxlarında nigaranlıq hissi yaradıb. Bəzi insanlar onlayn terapiyaya müraciət edib.
COVID-19 özəl terapiya sessiyalarının artmasına səbəb olub. İşsizlik və digər streslər onları onlayn yardıma müraciət etməyə vadar edib.
“Mənə 30-a yaxın adam zəng etdi. Agentliyin rəhbəri hər kəsi buraxdı.Yəni agentlik qapılarını bağladı. Bu, super bir travma idi” – deyə, müstəqil prodüser Vinni Vonq bildirib.
“Nigaranlıq keçirdiyimə görə kiməsə müraciət etməli idim. Mən normal vəziyyətdə olmadığım üçün özümə qaydalar tətbiq edə bilmirəm” – deyə, administrativ yardımçı Ceykob Mak bildirib.
ABŞ-da yetkin insanların demok olar ki, yarısı virus narahatlıqlarının psixoliji təsirindən şikayətlənir. Bunu Kayzer Ailə Fondu bildirib.
“Sosial təcrid, tənhalıq birbaşa əqli sağlamlığa təsir göstərir. Ən böyük təsir tək yaşayan yaşlılarda, uşaqlar və zehni problemləri olanlarda, habelə ön sıralarda çalışanlarda müşahidə edilir –” Kara Şmitt bildirib.
Bunun nəticəsi olaraq yardımlara eht iyaclar da artıb. Psixoloqlar və əqli sağlamlıq işçiləri rəqəmsal texnologiya, yəni kompüter, tabletlər və ağıllı telefonlarda yardımlar təqdim edir.
“Biz demək olar ki, hər kəsi tele-sağlamlıq və vitual videolara yönəltmişik. Xəstələrlə ardıcıl şəkildə iş aparırıq. İş olduqca çoxdur” , Kara Şmitt bildirib.
İncəsənət psixoloqu Culi Kutelli hətta azyaşlı uşaqlarla video-terapiya keçirdiyini deyir.
“Bizi insan edən təmaslardır. Bunlar evimizdən uzaq azalmaqda olan dostluq, məktəb, iş və qohumluq əlaqələrimizdir”
İşini itirdikdən sonra Vonq onlayn terapiyalarla məşğul olur. O hesab edir ki, üz-üzə seanslara ehtiyac yoxdur.
“Bir neçə il əvvəl applikasiyalar və videolarda istifadə edəcəyimi təsəvveür edə bilməzdim. Bunun özəl və fiziki xarakter daşımasını istərdim. İndi isə düşünürəm ki, bunun üçün ofisə getməyə ehtiyac yoxdur” , Vonq bildirib.
“Deyərdim ki, onlayn üzləşdiyim şəxs mənə bu dövrdə yardım üçün həqiqətən pozitiv üsullar təqdim edib” Mak əlavə edib.
Məsələn, gündəlik idman, mediaya daha az müraciət və digərləri ilə münasibət kimi tövsiyələr.
Şmitin dediyinə görə, interneti olan heç də hər kəs onlayn yardımla rahat deyil. Yaşlı insanlar üçün bu, sığortaları olsa belə, baha ola bilər.
“İnternet bağlantısı olmayan, bəlkə də internetlərini bağlamalı olanlar, sığortalarını itirənlər üçün təsir daha ağır ola bilər.”
“Xoşbəxtəm ki, xidmətlərim pulsuzdur. Məni qəbul edən həkimlərə yalnız resept pulu ödəyirəm” , mak deyib.
Belə insanlara pusuz xidmətlər də təklif edilir. Bunlardan biri Facebook-un “koronavirus narahatlıqlarına qarşı pulsuz ictimai dəstək qrupu”dur.
VOA