İtaliyada, son bir gün ərzində, koronavirus infeksiyası səbəbiylə 793 xəstə ölüb
İtaliyada, son bir gün ərzində, koronavirus infeksiyası səbəbiylə 793 xəstə ölüb.
Nəticədə, koronavirusdan İtaliyada ölənlərin ümumi sayı ötən gün 4 825 nəfərə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada gündə koronavirus infeksiyası hallarının ümumi sayı 32000 nəfər artaraq 266000 nəfərə çatıb, 11 mindən çox xəstə koronavirusdan ölüb.
Johns Hopkins Universiteti, dünyada koronavirus hallarının sayının artıq 300 mini keçdiyini bildirib.
Cümə axşamı İtaliya koronavirus qurbanlarının sayına görə hətta Çini də geridə qoyub.
Martın 22-nə görə, Covid-19 diaqnozu İtaliya sakinlərinin 53 578 nəfərində təsdiqlənib.
Koronavirusun ən geniş miqyasda yayıldığı Lombardiya bölgəsində infeksiyanın yayılmasına qarşı daha sərt tədbirlər tətbiq edilib.
Şənbə günü axşamdan tətbiq edilən yeni qaydalara görə, küçədə idmanla məşğul olmaq və digər növ fiziki fəaliyyətlə məşğul olmaq qadağandır.
Satış avtomatlarından istifadəyə də qadağa qoyulub.Mühüm tədarük əməliyyatları istisna olmaqla, bütün biznes əməliyyatlarını dayandırmaq əmri verilir.
Tikinti işləri (xəstəxanalar istisna olmaqla) dayandırılır. Açıq havada fəaliyyət göstərən bütün market və bazarların işi dayandırılıb.
Lombardiyada koronavirusdan 3095 ölüm halı qeydə alınıb.