Müəllimlirın ümumi etirazlarının başlaması; Şirazdakı mitinq şiddətə çevrildi
Müəllimlərin xəbər mənbələri, müəllimlərin maaşlarının artırılması planının icra edilməməsinə etiraz olaraq son iki ayda İran müəllimlərinin üçüncü ümummilli mitinqinin keçirildiyini bildirir.
Mitinq İran Müəllimlər Dərnəkləri Koordinasiya Şurasının çağırışına cavab olaraq keçirilib və bəzi müəllimlər həmkarlar ittifaqı fəalları və etiraz aksiyalarında iştirak edənlər Şiraz, Tehran və İsfahan kimi bəzi böyük şəhərlərdə atmosferin son dərəcə qarışıq və şiddət alanı olduğunu bildiriblər.
Şiraz şəhərindən yayılan videolarda etirazçılar “bacarıqsız nazir, istefa, istefa” şüarları səsləndiriblər.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Şirazda müəllimlərin etiraz aksiyası “təhlükəsizlik qüvvələrinin şiddətli hücumuna məruz qalıb”.
Bundan öncə Şirazda müəllimlər və həmkarlar ittifaqı fəalları şəhər prokurorluğundan onları “lisenziyasız mitinqlərdə” iştirak etməməyə və “müxalif ünsürlərdən sui-istifadə etməməyə” çağıran təhdid mesajı aldığını bildiriblər.
İranın ədliyyə rəsmiləri etiraz mitinqlərini ümumiyyətlə xarici güclərə bağlayırlar və etirazçılardan, “düşmən”, “müxaliflər”, “münafiqlər” kimi ad aparırlar.
Bəzi şəhərlərdə müəllimlər “Həbsdə olan müəllim azad edilməlidir” kimi şüarlar səsləndirərək, həmkarlar ittifaqı tələblərini yerinə yetirdiklərinə görə saxlanılan müəllimlərin azad edilməsini tələb ediblər.
2021-ci il dekabrın 13-də keçirilən öncəki ümumi etirazın üçüncü günündə İran Müəllimlər Dərnəklərinin Koordinasiya Şurası müəllimlərin maaşlarının artırılması layihəsini “başdan savma” adlandırdı və elan etdi ki, əgər plan tam olaraq həyata keçirilməsə, etiraz mitinqlərini tekrarlayacaqlar.
İki gün sonra İslami Şura Məclisinin sədri müəllimlərin maaşlarının artırılması qanun layihəsinin təsdiq edildiyini elan etdi, lakin təsdiqləndikdən sonra İranın Məşğulluq Məsələləri Təşkilatının müavini Hüseyn Ərəb Əsədi dedi: “Müəllimlərin maaşlarının artırılması tətbiqi ilə bağlı maliyyə yükü bu il nəzərdə tutulmayıb və hökumətin bu il üçün bunu təmin etməyə krediti yoxdur”.
Məhəmməd Baqer Qalibaf bundan əvvəl hökumətin bu qanun layihəsinin həyata keçirilməsi üçün ildə 25 min milyard tümən ayırdığını və parlamentin bu məbləğə əlavə edə bilməyəcəyini bildirmişdi.
Müəllimlərin ümumi etiraz qətnaməsində deyilir ki, “Keyhan qəzeti planları kimi bu etirazları təhlükəsizlik məsələlərinə bağlamak nəticəsiz qalacaq.”
Qətnamənin bu hissəsində İran İslam Respublikasının Rəhbərinə yaxın “Keyhan” qəzetinin parlamentdə müəllimlərin maaşlarının artırması ilə bağlı qanun layihəsinin təsdiqi ilə eyni vaxtda keçirilən etiraz mitinqlərini tənqid və etiraz edən açıqlamalarına istinad edilir ki yazılmışdı “Bu etirazların İran xalqının düşmənlərinə sahə açmasının məsuliyyətini kim daşıyır?”
İnqilab Keşikçilərinə yaxın media orqanı olan “Cavan” qəzeti də bir qeyddə 2022 təhsil büdcəsi artımının 72%-nin maaşlara xərcləndiyini tənqid edib.
Qəzetdə dərc olunan qeyddə deyilir: Başqa sözlə desək, hər nə pulumuz varsa, təhsilin inkişafına, təhsilin keyfiyyətinin artırılmasına sərmayə qoymaqdansa, maaş və mükafat kimi nağd pul olaraq ödəyəcəyik.
Hazırda Yaqub Yəzdani, Məhəmməd Riza Rəməzanzadə, Mehdi Fəthi və Məhəmməd Fəllahi, İsmayıl Abdi, Məhəmməd Fəllahi, Əziz Qasımzadə, Lətif Ruzixah, Mahmud Melaki, Əli Əsgər Əmirzadədən çoxlu sayda müəllim və müəllim həmkarlar ittifaqı fəalı ya həbsdədir, ya da həbs hökmü alıblar.
Etirazçı müəllimlərin başqa tələbləri arasında həmkarlar ittifaqı fəallarının və həbsdə olan müəllimlərin azadlığa buraxılması, çıxarılan hökmlərin ləğvi, bu şəxslərə qarşı cinayət işinə son verilməsi də daxildir.