Mühacirət Baydenin ilk mətbuat konfransının əsas diqqət mərkəzində oldu
ABŞ prezidenti Co Bayden yanvar ayında hakimiyyətə gəldikdən sonra Ağ Evdə ilk mətbuat konfransı zamanı ABŞ-Meksika sərhədinə miqrant axını ilə bağlı çətin sualları cavablandırıb və Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstandan müəyyən edilmiş vaxta qədər çıxarılmasının mümkün olmayacağını elan edib.
Mühacirət prezident Co Baydenin hakimiyyətə gəldikdən sonra keçirdiyi mətbuat konfransının əsas diqqət mərkəzində idi.
Bayden məsələ ilə bağlı Mərkəzi Amerika miqrantlarının Meksikadan Birləşmiş Ştatlara axınına səbəb olan yumşaq mövqe tutması haqda fikirləri rədd edib.
“Onlar ona görə gəlirlər ki, Bayden yaxşıdır. Amma həqiqət budur ki, heç bir şey dəyişməyib. Mənim administrasiyamın dövründə sərhədə 28 faiz daha çox uşaq gəlib. Tramp administrasiyası dövründə pandemiyadan əvvəl 2019-cu ilin sonunda bu, 31 faiz idi.”
Bu həftənin əvvəli Bayden vitse-prezident Kamala Harrisə miqrant axınının əsas səbəblərini ünvanlamaq səylərinə rəhbərlik etməyi tapşırıb.
Xarici siyasət sahəsində prezident Birləşmiş Ştatların hərbi qüvvələrini Əfqanıstandan mayın 1-nə qədər çıxara bilməcəyini elan etdi. O, bunun üçün dəqiq vaxtı açıqlamadı.
“Prezident Tramp tərəfindən elə əvvəlcədən göründüyü kimi işlənib hazırlanmayan bir müqaviləyə uyğun olaraq çıxmaq barədə əldə edilən razılaşmaya necə və hansı şəraitdə əməl edirik? Amma biz orada uzun müddət qalmayacağıq.”
Son illər Əfqanıstan münaqişəsində eskalasiya ilə əlaqədar olaraq, bu açıqlama bəzi müşahidəçilər üçün gözlənilməz olmadı.
“Məsələ bundadır ki, Bayden administrasiyası hakimiyyətə gələndə biz nə daha da intensivləşən döyüşlərə son qoymaq, nə də sülh prosesinin bir aspektini müəyyənləşdirmək baxımından demək olar ki, heç bir irəliləyişə nail olmadıq”, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Entoni Kordesman bildirib.
ABŞ lideri Şimali Koreyanın ölkənin şərq sahillərində iki qısa mənzilli ballistik raket atması məsələsinə də toxundu və bunu BMT-nin qətnaməsinin pozulması adlandırdı.
“Onlar eskalasiyanı seçsələr, bunun cavabı olacaq, biz buna uyğun olaraq cavab verəcəyik. Amma mən eyni zamadan diplomatiyaya da hazıram”, Bayden deyib.
Prezident Bayden həmçinin çinli həmkarı Şi Tsinpinin beynəlxalq qaydalara əməl etməsinə nail olmaq üçün müttəfiqlərlə işləyəcəyini bildirdi.
“Mən şəxsən ona bir neçə dəfə demişəm ki, biz gərgin, çox gərgin rəqabətin olacağını bilsək də qarşıdurmaya səy göstərmirik”, Bayden bildirib.
“Düşünürəm ki, onun Çinlə bağlı dedikləri həqiqətən bir dəyişiklik, ticarət və hərbi gücün artırılmasında qarşıdurmadan Çinlə rəqabəti məhdudlaşdıra bilən bir münasibətə keçid yarada biləcək məsələlər üzərində mərkəzləşib”, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Entoni Kordesman bildirib.
Prezident həmçinin hakimiyyətdə olduğu ilk 100 gün ərzində vaksinlərlə bağlı hədəfini iki dəfə artıraraq, 200 milyon dozaya çatdırmaq və 2024-cü ildə vitse-prezident Kamala Harrislə ikinci müddətə seçilmək istədiyini elan edib.
Bayden mətbuat konfransı zamanı bir saat ərzində çətin suallara cavab verib.
VOA