Müdafiə Naziri: Xameneinin tək bir işarəsi ilə TelƏviv və Hayfa yerlə yeksan edilir
İslam Respublikasının Müdafiə Naziri “Əmir Hatəmi”, Tel-Əviv və Hayfanı yerlə yeksan etmək Baş Qüvvələrin komandanlığının əmri olduğunu, bir plan halına gəldiyini və bu əmrin tək bir işarə ilə həyata keçiriləcəyini söylədi.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Müdafiə Naziri 7 Mart 2021 Bazar günü “İsrailin İslam Respublikasına qarşı son təhdidlərinə” toxunaraq dedi: “İnqilabın Ali Rəhbəri uzun illər əvvəl sionistlərə yaxşı cavab verdi və Sionist rejimin bizim əsas düşmənimiz olmadığını söylədi. Sionist rejim İslam Respublikasına qarşı düşmən olacaq qədər gücə sahib deyil. Sionist rejim bilir və bilmirsə bilsin ki səhv edərsə, İslam Respublikası Təl-Əvivi və Hayfanı yerlə yeksan edər.”
Hatəmi, İslam Respublikasının İran millətinin təhlükəsizliyini və sabitliyini qorumaq üçün fərqli güc ölçülərinə sahib olduğunu söylədi və belə izah etdi: “İran İslam Respublikasının yumşaq gücünün qabarıq xüsusiyyətlərindən biri də onun şirin meyvələri olan müxtəlif yerlərdə meydana gələn müqavimət qruplarının olduğu bölgəsəl güc və müqavimət oxudur və bu da yumşaq gücün məhsuludur”
2015-ci ilin Sentyabr ayının sonunda İslam Respublikasının Ali Lideri Əli Xamenei, İsrail hökumətinin JCOPA-dan sonra təhlükəsizliyi təmin edəcəyinə dair açıqlamasına cavab olaraq İsrailin 25 ildə məhv ediləcəyini söyləmişdi. Xamenei dəfələrlə mövqeyində israr etdi, lakin bu dəfə İsrailin İslam Respublikasına qarşı təhdidləri qarşısında bu mövqeyini qorudu.
Bu sözlərdən sonra Tehran və Məşhəd də daxil olmaqla İranın bəzi şəhərlərində İsrailin məhvi üçün gün sayar quraşdırıldı.
iranwire