Mövləvi Əbdülhəmid: Peyvənd yoxdur, olsa da mərkəzdəki “qəbilə ağsaqqallarına” vurulacaq
7 Mart 2021
Zahedanın sünni cümə imamı Mövləvi Əbdülhəmid, İslam Respublikası hökumətinin Korona peyvəndinin tətbiq edilməsində gecikməsini tənqid edərək, səlahiyyətlilərdən ölkənin sərmayələrini digər ölkələrə kömək etmək əvəzinə İran xalqının sağlamlığı və iqtisadi problemlərinə xərcləməyə çağırdı.
Zahedanın Sünni Cümə İmamı 5 Mart Cümə günü Əhvaz xəstəxanalarında korona xəstəliyi olan xəstələrin yarısının ölümü ilə bağlı xəbərlərə toxundu və dedi İran xalqının bu qədər sərvəti və imkanları varkən niyə ölkə bu vəziyyətdə olmalıdır?
O əlavə etdi: “Nə üçün səlahiyyətlilər, bu günlərdə dünyada Korona ilə mübarizə aparmaq üçün istifadə olunan peyvəndi çox məhdud bir doza xaricində idxal etmirlər?”
O dedi: “Əhalisinin bizdən daha çox olduğu bir çox ölkədə insanlar geniş olaraq peyvənd edildi, lakin təəssüf ki, hökumət hələ bu mövzuda ciddi addımlar atmadı. Sistan və Bəluçistan əyalətində hələ peyvənddən xəbər yoxdur. Düzdü bu əyalət uzaq və unudulmuş bir əyalətdir, ancaq peyvənd varsa, öncə mərkəzdəki qəbilə ağsaqqalları tərəfindən istifadə olunacaq.
Mövləvi Əbdülhəmid vurğuladı: Bu gün biz ölkənin sərmayəsini başqa ölkələrə və millətlərə kömək etmək üçün xərcləmək durumunda deyilik, ancaq milli pulumuzun dəyərinin kəskin şəkildə aşağı düşdüyünü nəzərə alsaq, başqalarının bizə kömək etməli olduqları bir vəziyyətdəyik.
O əlahiyyətlilərin indi başqa yerləri düşünməməli, işsizlikdən və aclıqdan əziyyət çəkən öz millətlərini düşünmələrinin lazım olduğunu açıqladı. Bəzi insanların çörək pulu olmadığını və öz çörəklərini çörək xanalardan borc aldıqları barədə xəbərlərimiz var.
Mövləvi Əbdülhəmid bundan öncə yanvar ayında Əli Xameneiyə hökmranlıqda dəyişikliyin olması üçün və İran azlıqlarına qarşı ayrı seçkiliyə son qoyulması üçün bir məktub göndərmişdi. Əli Xamenei bu məktubu cavabsız qoyub.
iranwire