Möhsün Möhsünzadə Ərdəbil Mərkəzi Həbsxanasında sərbəst bıraxılıb
Azərbaycanlı mədəni fəal Möhsün Möhsünzadə dünən, 6 oktyabr 2022 məhkəməyə qədər 400 milyon tümənlik girov qarşılığında Ərdəbil Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.
Hakim Kamiyar Səlimin rəhbərlik etdiyi Ərdəbil ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsində bu mədəni fəala qarşı irəli sürülən ittihamlar “təhlükəsizliyə qarşı hərəkət etmək və ictimai asayişi pozmaq üçün toplaşmaq və əlbir olmaq”dır.
Möhsünzadə çərşənbə günü 21 sentyabr 2022-də Ərdəbilin Ciral parkında təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmiş və sentyabrın 29-da dindirmə prosesi başa çatdıqdan sonra Kəşfiyyat və Təhlükəsizlik Polisinin Təcridxanasından Ərdəbil Mərkəzi Həbsxanasının Hərbi Məhkumlarpalatasına köçürülmüşdür.
Cənab Möhsünzadə keçmişdə də fəaliyyətinə görə çağırılıb, təzyıq altında qalıb, saxlanılıb və həbs edilibdir.
#ümumi_etirazlar #Ərdəbil