Related Posts
Azərbaycan xəbərləri, İNSAN HAQLARI, Xəbər, اخبار آذربایجان, حقوق بشر
Ərdəbil şəhərində yaşayan türk fəal Həbib Nigəhban bazar günü İranın kəşfiyyat nazirliyinin Ərdəbil idarəsinə çağırılaraq sorğu-sual edilib.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, siyasi fəal kəşfiyyat idarəsinin informasiya qərargahında 4 saat dindirilikdən sonra sərbəst buraxılıb.
Təbriz Universitetinin tələbəsi olan Həbib Nigəhban daha əvvəl də göstərdiyi fəaliyyətlər səbəbilə təhlükəsizlik qurumunun basqılarına məruz qalıb.
O, keçən illərdə bir neçə dəfə, o cümlədən Savalan Dağı yürüşü, mərhum Əziz Purvəlinin dəfn mərasimi, habelə Traktor komandasının matçı üçün stadiona getdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İranın Kəşfiyyat Nazirliyinə mənsub qüvvələrin İran Azərbaycanında məhkəmə qərarı göstərmədən türk fəalları saxlayıb və qısamüddətli qaydada sorğu-sual etmələri normal hal alıb.
VOA
Azərbaycan xəbərləri, İNSAN HAQLARI, Xəbər, اخبار آذربایجان, حقوق بشر