Meysəm Şirini Urmiyə Mərkəzi həbsxanasından sərbəst buraxılıb
İranwire-in əldə etdiyi xəbərlərə görə son etiraz aksiyalarında məhbuslardan biri olan Azərbaycanlı idmançı Meysəm Şirini 500 milyon tümən girov qarşılığında Urmiyə Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.
Məhkəmənin ilkin mərhələsində ona qarşı irəli sürülən ittiham “ölkənin milli təhlükəsizliyinə qarşı hərəkət etmək, şüarlar səsləndirmək və etiraz aksiyalarında iştirak etmək” olaraq bildirilmişdi.
Azərbaycanlı taekvondoçu Meysəm Şirini 16 noyabr 2022-ci il çərşənbə günü Urmiyadə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək döyülmüşdü.
İki həftə öncə Urmiyə etirazlarında həbs olunan 5 nəfərə ümumilikdə 21 il həbs cəzası verilmişdi.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.
#ümumi_etirazlar