Maaşını ala bilmədiyi üşün özünü yandıran işçi həyatını itirdi
Maaşını almadığı üçün özünü idarə binasının qarşısında yandıran Kohgiluyə əyalətinin Çarusa Su və Kanalizasiya İdarəsinin şirəçəkən işçisi aldığı xəsarətlərdən Şiraz xəstəxanasında dünyasını dəyişib.
İsna xəbər agentliyinin məlumatına görə, Çarusa rayonunun mərkəzi Qalarəisi şəhərinin su və kanalizasiya idarəsinin qarşısında üç gün öncə özünü yandıran işçi dünyasını dəyişib.
Şəhərin Çarusa rayonunun meri “Şarmətullah Darbam” bu xəbəri təsdiqləyərkən deyib: “Bazar ertəsi bu rayonun mərkəzində Qalarəisi su və kanalizasiya idarəsinin qarşısında özünü yandıran işçi dünyasını dəyişib”.
O əlavə etdi: “Bu işçi əlavə müalicə üçün Şiraz Yanıq Xəstəxanasına göndərildi və o, dünən günortadan sonra, çərşənbə, 25 May 2022-ci ildə həyatını itirib.”
Qeyd edək ki, bu işçinin özünü yandırmasına səbəb işçilərin maaşlarının gecikdirilməsi, eləcə də əmək müqaviləsinin statusunun qeyri-müəyyənliyi olub.
“Səid Fərhadi” adlı bu işçi Kohgiluyə şəhərinin Çarusa rayonunun su və kanalizasiya işçisi idi.
#İran_xəbərləri #işçidən_soruş