“Mənim balaca Şahzadəm” qısametrajlı animasiya filmi beynəlxalq festivalın qalibi olub
“Azanfilm” Animasiya Studiyasının istehsalı olan “Mənim balaca şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8th Seoul Guro International Kids Film Festivalında BRIGHT FUTURE (Parlaq gələcək) nominasiyasının qalibi olub.
COVID-19 pandemiyası ilə əlaqədar bu il onlayn formada keçirilən festivalın mükafatlandırma mərasimi iyulun 8-i Cənubi Koreya vaxtı ilə saat 18:00-da başlayacaq.
Aşağıdakı link vasitəsilə qeyd olunan tarixdə mükafatlandırma mərasimini canlı izləmək mümkün olacaq:
https://cfestival.net/film-festival/gukiff/2020-gukiff-award-ceremony
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.
Qeyd edək ki, M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri filmdə animasiya hissələrinin tərkibində verilib. Rəssam M.Ələkbərlinin Ekzupirinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.Azertac