Məhəmməd Hacilu Xoy həbsxanasından sərbəst buraxılıb
Bu vaxta qədər onun həbsin səbəbləri və ittihamları barədə ətraflı məlumat yoxdur.
Məhəmməd Hacılu 2022-ci il 22 Noyabrda Batı Azərbaycanın Xoy şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Urmiyə Kəşfiyyat İdarəsinə köçürülüb və həbs zamanı təhlükəsizlik qüvvələri evində axtarış aparıb və şəxsi əşyalarını, o cümlədən noutbukunu, mobil telefonunu, kitablarını müsadirə ediblər.
Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və statusları ilə bağlı dəqiq statistika açıqlanmayıb.
#ümumi_etirazlar