Mədəni fəal Şəhruz Bərzgər Təbrizin Cəza Məhkəməsinə çağrılıb
Məhkəmənin Elektron Sistemi (Sana) vasitəsi ilə aldığı bildirişə görə Təbrizdə yaşayan Azərbaycanlı mədəni fəal Şəhruz Bərzgərdən, 25 Oktyabr 2021-də saat 10-da Təbrizin Cəza Məhkəməsinin 112 -ci şöbəsində olması istənilib.
Bu Azərbaycanlı fəalın çağırılması adıçəkilən şöbə tərəfindən Əli Məzlum Yengi adlı şəxsin vəzifəsini yerinə yetirərkən döyülməsi və yaralanması ilə bağlı şikayəti ilə göndərdiyi bildirişdə qeyd edilib.
Cənab Bərzgər 24 İyulda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı və 31 Avqustda Təbriz Mərkəzi Həbsxanasından 150 milyon Tümən girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılmışdı.
Xatırlatmalıyıq ki, mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının, çağırışlarının yayımlanmasından sonra, 24 İyul 2021-ci il tarixində “Təbriz” şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.
24 İyul etiraz aksiyalarında saxlanılan fəallar təkcə Təbriz şəhərində saxlanılanların sayının 150 -dən çox olduğunu bildirmişdilər.
Şəhruz Bərzgər, 2019-da Qulamriza Əmaninin vefatının ildönümündən öncə atasının evində təhlükəsizlik qüvvələri tərəfindən tutuldu və daha sonra Firuz Şokrzadənin başçılıq etdiyi 2-ci Cəza Məhkəməsinin 105-ci şöbəsi tərəfindən bəraət almışdır.
iranwire