Mədəni fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb
Tehranın Evin həbsxanasında saxlanılan mədəni fəal, siyasi məhbus Kiyanuş Aslani bu gün 21 Apreldə 350 milyon Tümən girov qarşılığında 20 günlük məzuniyyətə buraxılıb.
Kiyanuş Aslani Tohid Əmir Əmini ilə birlikdə 2019-cu ildə 21 Fevralda Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda bildiriş payladığına görə saxlanılıb.
Onlar milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və əl bir olmaq və sistemin əleyhinə təbliğat aparmaq ilə ittiham edilib, Tehran İnqilab Məhkəməsində mühakimə olunub.
Əmir Əmini 7 il 6 ay, Aslani isə 5 il müddətinə həbsə məhkum olub. Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qeyri-hökumət təşkilatlara üzv olmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, İranda koronavirusun dördüncü dalğasının başlaması və həbsxanalardakı dözülməz şərait Azərbaycanlı və başqa siyasi və vicdan məhbusların həyatı ilə bağlı narahatlığı artırıb.
Ölkənin müxtəlif həbsxanalarında saxlanılan Azərbaycanlı mədəni fəallar Abbas Lisani, Siyamək Mirzayi, Əli və Riza Vasiqi qardaşları, Mehrdad Şeyxi, Həmid manafi Nadarlı, Yusif kari, Tohid Əmir Əmini, Salar Tahir Əfşar İran həbsxanalarında həbslərini çəkirlər.
iranwire