Mədəni fəal Höccət Muxtarzadə barədə məhkəmə qərarı çıxarılıb
Təbrizdə yaşayan Azərbaycanlı mədəni fəal Höccət Muxtarzadə İnstaqram səhifəsində rejimə qarşı təbliğat fəaliyyətinə görə Təbriz Apellyasiya Məhkəməsində 1 il həbs hökmünün qüvvədə saxlandığını bildirib.
Təbriz İnqilab Məhkəməsinin 19 sayılı şöbəsinin hakimləri bu Azərbaycanlı fəalın cəzasını 5 milyon tümən nəğdi cəzaya çeviriblər.
Höccət Muxtarzadə 31 Avqust 2020-ci ildə 2019 Noyabr etirazları nədəni ilə Təbriz Ümumi və İnqilab Məhkəməsinin 16-cı şöbəsinə çağrılaraq tutuldu və “Kiber məkanda yalan yaymaq”, “Gamac qrupuna üzvlük” və “rejimə qarşı təbliğat fəaliyyəti” ittihamları ilə bağlı həbs olundu və 2 gün sonra 300 milyon Tümən girov qarşılığında sərbəst buraxıldı.
Bu Türk mədəni fəal ayrıca bildirib ki, o, “kiber məkanda yalan yaymaq” ittihamı ilə 500 min Tümən cərimə ödəməyə məhkum edilib və “Gamac qrupuna üzv olmaq” ittihamı ilə bəraət alıb.
Höccət (Araz) Muxtarzadə 2019-cu il Noyabr etirazlarından sonra həbs edilənlərdən biridir. O, 2019-cu il noyabrın 17-də Təbrizdə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və 14 gün Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında qaldıqdan sonra bu şəhərin həbsxanasına köçürülüb və həmin il 16 Dekabrda 100 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldı.
Cənab Muxtarzadə bundan öncə 2011-ci ildə Urmiyə gölünün qurumasına qarşı keçirilən xalq etirazları zamanı həbs edilmişdi və üç aylıq həbsdən sonra sərbəst buraxılmışdı.