Mədəni fəal Əfşar Muhib məhkəməyə çağrıldıqdan sonra həbs edilib
Ərdəbildə yaşayan mədəni fəal Əfşar Muhib 22 Dekabr 2021-ci il çərşənbə günü məhkəmə qarşısına çıxdıqdan sonra saxlanılaraq Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb.
İranwire-ə çatan xəbərlərə görə, Əfşar Muhib Ərdəbil İnqilab Məhkəməsinin 3-cü şöbəsinə getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Mədəni fəal dünən axşam saatlarında ailəsi ilə qısa telefon danışığında həbs olunduqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasının “Salamat” palatası (qəbul) yerinə köçürüldüyünü və dərc etdirdiyi yazı və məqalələrin məhkəmə tərəfindən suç sayıldığını bildirib.
Bundan öncə Ərdəbil İnqilab Məhkəməsinin 3-cü şöbəsi bir bildirişdə, Əfşar Muhibi “İran İslam Respublikasına qarşı təbliğat və hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyətləri” ittihamını müdafiə etmək üçün çağrılmışdı.
Əfşar Muhib Ərdəbildə yaşayan mədəni fəaldır. O, son illərdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb və saxlanılıb. Sonuncu halda bu mədəni fəal 2020-ci il fevralın 25-də iş yerindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Ərdəbil Kəşfiyyat İdarəsində dindirilib.