“Koronavirus nəinki sona çatmağa yaxındır, xəstəlik qlobal miqyasda sürətlə yayılır”
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru deyib ki, koronavirus pandemiyası nəinki sona çatmağa yaxındır, xəstəlik qlobal miqyasda sürətlə yayılır.
Bazar ertəsi Cenevrədə etdiyi mətbuat brifinqində Tedros Adhanom Gibriyesus çərşənbə axşamı ABŞ Çində qeyri-adi sətəlcəm xəstəliyi olan koronavirus barədə ilk dəfə altı ay əvvəl məlumatlandığını deyib.
“Altı ay əvvəl heç birimiz bu yeni virusun həyatımızı və bütün dünyanı lərzəyə salacağını təsəvvür edə bilməzdik” – deyə, o bildirib və əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı bu günə qədər dünya boyu koronavirusdan 10 milyondan çox yoluxma, 500 min ölüm qeydə alıb.
Tedros əksər ölkələrdən “yeni normal hal” olaraq, koronavirusla necə yaşamağı planlaşdırdıqlarını soruşacağını bildirib.
O, bir çox ölkənin virusun yayılmasının sürətini azaltmağa müvəffəq olsa da, onu tamamilə dayandıra bilmədiyini, bəzi ölkələrin cəmiyyətlərini və iqtisadiyyatlarını yenidən açmağa cəhd etdikləri üçün virusun daha çox yayıldığını deyib.
Tedros insanların həssas olduğunu və virusun hələ də “hərəkət etmək üçün yeri var” deyib. “Acı reallıq budur ki, bu, sona çatmağa belə yaxın deyil. Hamımız uzun müddət bununla yaşamalıyıq” – deyə, o bildirib.