Korona peyvəndi və nazirlə lideri arasındakı romantik münasibət; Kim haqlıdır?
Bir həftədən az müddət əvvəl İranın Səhiyyə Naziri Səid Nəməki, Korona peyvəndi almaq üçün İslam Respublikasının hərəkətləri barədə çox sayda söz-söhbətlərin olduğunu nəzərə alaraq peyvəndin müxtəlif yollarla xalqa veriləcəyini bildirdi. Daha əvvəl prezident demişdi: “İnsanları peyvənd haqqında eşitdikləri müxtəlif xəbərlərə göz yummağa çağırıram ki, ruhunuz haşiyəli mübahisələrə qapılmasın. Dəfələrlə demişəm ki, peyvəndlə bağlı xəbərləri Səhiyyə Nazirindən eşidin; çünki bu sahədə təcrübəsi və təxəssüsü olan bir insandır.”
Cümə günü İslam Respublikasının Ali Lideri Əli Xamenei, ABŞ və İngiltərə tərəfindən hazırlanan korona peyvəndi idxalını qadağan etdi və xalqın və Səhiyyə Nazirliyinin bəzi can yandıran məsullarının ürəyindəki korona peyvəndi alınması üçün bir çox işığı söndürdü. O əmri artıq Səhiyyə Nazirliyinə verdiyini və yalnız cümə günü açıqladığını iddia edir. Nəticədə, son həftələrdə buna münasibət bildirən Səhiyyə Naziri üçün ABŞ və İngilis peyvəndlərinin qadağan edilməsi əmri sürpriz olmaya bilər.
İranın Səhiyyə Naziri Səid Nəməkinin 6 Yanvar çərşənbə günü dediklərinə baxaraq Əli Xameneinin qərarından xəbərdar olduğunu görə bilərik.
Bu gün Nəməki, xarici korona peyvəndi ilə əlaqədar olaraq İranda istehsal edilmiş bir peyvənd istehsalına toxunaraq bunları vurğuladı: “Yerli peyvənd təsdiqlənib satışa təqdim edilməzdən əvvəl həssas qrupları xəstəliyə qarşı peyvəndləməliyik. Bu baxımdan tələsməməyə, dünyanın ən etibarlı mənbələrindən lazımlı peyvəndləri almağa çalışdıq və Türkiyədə, BƏƏ-də və bölgədəki bəzi ölkələrdə peyvəndləmənin başlanğıcı kimi qəbul edilən şey, təklif etdiyimiz kimi peyvəndləmənin başlanğıcı deyil.
O, peyvəndin bu ölkələrdə bir problem olmadığını və bu ölkələrin insanlarını klinik sınaqlardan keçirdiyini açıqladı, bu da Əli Xameneinin son açıqlamasından xəbərdar olduğunu ifadə etdi. İslam Respublikasının Ali lideri, ABŞ-da 4 min korona xəstənin öldüyünü söylədi: “Pfizer fabriki bir peyvənd edə bilirsə, əvvəlcə özləri üçün istifadə etməlidilər. “Peyvəndi başqa millətlər üzərində test etmək istəyirlər.”
Əli Xameneinin bu açıqlamalarından iki gün keçməsinə baxmayaraq, 9 Yanvar şənbə gününün sonuna qədər Səid Nəməki bəzi ölkələrdən peyvənd idxalının qadağan edilməsi barədə İslam Respublikasının Ali Liderinin əmrinə münasibət bildirmədi. Şənbə günləri isə Səhiyyə naziri virusun yayılması barədə hesabat vermək üçün həftəlik olaraq kürsüyə çıxardı. Bununla birlikdə, Səid Nəməkinin bu dəfə də liderinin qərarını hərarətlə alqışlayacağı və bunu Korona virusu ilə əlaqədar dünyadakı ən ağıllı qərar hesab edəcəyi proqnozlaşdırılır. Bunu anlamaq üçün bir saat və ya başqa bir gün gözləmək lazımdır.
Səid Nəməki bundan əvvəl dəfələrlə Əli Xameneini və qərarlarını tərifləmişdi. 21 Sentyabr 2020-ci il tarixində İslam Respublikasının Ali Liderinin “uzaqgörənliyinə” toxunaraq dedi: “İnqilabın lideri ilə Koronadan əvvəlki münasibətim bir şagird əlaqəsiydi, amma indi o bir sevgili münasibətinə çevrildi.”
Gündəlik testlərin sayını artırmaq unudulmuş bir vəddir
Bundan əvvəl İslam Respublikasındakı səlahiyyətlilər, ölümlərin sayının 400 nəfəri aşdığı günlərdə gündəlik test sayını artıracaqlarını açıqladılar. İlkin artımları gündə 20-25.000 test idi və daha sonra test sayının gündə 40 minə artırılacağı bildirdi. Ancaq yerinə yetirilməsi bir neçə həftə çəkdi.
Eyni zamanda, sürətli diaqnostik testlərin tətbiqi barədə də danışılırdı. Rəsmilərin iddia etdikləri testlər geniş şəkildə edildi. Səhiyyə Nazirliyinin rəhbəri olan “Səid Nəməki” 29 Noyabr 2020-ci il tarixdə laboratoriya testlərinin gündə 25.000-dən 40.000-ə qədər artdığını və yaxın həftələrdə gündə 100.000 testə çatacağını söylədi.
Bu açıqlamadan düz 10 həftə keçdi və son iki həftədə aparılan diaqnostik testlərin sayının nəzərdən keçirilməsi gündəlik 100.000 testə qədər hələ çox yol olduğunu göstərir. 6 Yanvar-9 Yanvar tarixlərində edilən gündəlik testlərin orta sayı göstərir ki, İslam Respublikası insanlar üçün yalnız ortalama 55.000 gündəlik test edə bilmişdir.
Rəsmilərin sözlərinə görə, gündəlik testlərin sayının artmamasının səbəblərindən biri də xəstə sayının azalması ilə əlaqədardır. Səhiyyə Nazirliyinin sözçüsü “Sima Sadat Lari” 16 Dekabr tarixində bu artım olmaması barədə belə demişdi: “Kovid-19 xəstəliyinin yayılması azalıbvə xəstələrin sayı da indi daha azdır. Digər tərəfdən, ambulator xəstələrə müraciət edərək test edilirdilər. Sövq edilən ambulator xəstələrin sayı azaldıqda, aparılan testlərin sayı da istədiyimiz kimi artmadı.”
Lari elə bir halda diaqnostik testlərin artırılmamasını müdafiə edir ki, İranın qonşusu, Türkiyədə hər gün 190 mindən çox Korona diaqnostik testi aparılır.