Kəşfiyyat İdarəsinin əmri ilə Yılmaz Mehrəli Bəylinin vəkillik icazəsi ləğv edilib
Şərqi Azərbaycan Kəşfiyyat İdarəsinin baş müdirinin əmri ilə bu əyalətin Vəkillər Birliyi “Yılmaz Mehrəli Bəyli”yə vəkillik icazəsi verilməsinə qarşı çıxıb.
Xəbəri hüquq fakültəsinin məzunu, Təbrizdə yaşayan keçmiş siyasi məhbus Ayət Mehrəli Bəylinin qardaşı Yılmaz Mehrəli Bəyli İnstaqram səhifəsində açıqlayıb və yazıb: “Bu gün Şərqi Azərbaycan Vəkillər Birliyinə müraciət edərək vəkillik icazəmin vəziyyətini öyrənməyə çalışdım ki, Birliyin başçısı (Həsən Paşazadənin) izahatlarına əsasən anladım ki, birliyin ləğv qərarı Şərqi Azərbaycan Kəşfiyyat İdarəsinin baş direktorunun əmr ilə baş verib”.
Mehrəli Bəyli Vəkillər Birliyinin qərar qəbul etmə prosesinə təhlükəsizlik qurumlarının müdaxiləsini tənqid edərək yazıb: “Kəşfiyyat Nazirliyi bu əmri yerinə yetirməklə İranın məhkəmə sistemində vəkillərin mövqeyini bir daha bəlli etdi və hökumətin Vəkillər Birliyinin müstəqilliyini və nəticə etibarilə İranda məhkəmə sisteminin və xalq üçün ədaləti nə dərəcədə tanıdığını və onların iqtidar sahiblərinin basqısından amanda olmasını sübut etdi. Şərqi Azərbaycan Vəkillər Birliyi da bu əmrə təslim olmuş, zalımlara itaət etməklə öz müstəqilliyinin olmadığını sübut etmiş, vəkil və Vəkillər Birliyinin müstəqilliyini də beləcə müdafiə etmişdir”.
Açıqlamasının sonunda bu vəkil öz işini hüquqi olaraq arxasına düşəcəyini vurğulamış və azadlıq istəyən və haqq axtaranların bu yolda onu dəstəkləyəcəklərinə əmin olduğunu bildirib.
Təhlükəsizlik qurumlarının İran məhkəmə sisteminə müdaxiləsi son illərdə yeni ölçülər alıb. Eyni zamanda 2021-ci ilin iyulunda Vəkillər Birliyinin müstəqilliyinə dair qanun layihəsinin icrası məhkəmə hakimiyyətinin başçısı tərəfindən elan edilməsi İran vəkilləri və hüquqşünasları tərəfindən geniş şəkildə tənqid edilmişdi.