Kərəcdə gənç mollaya bıçaqla hücum oldu
Əlborz polis komandirinin müavini Murtaza Musəvi hücumu təsdiqləyib və deyib: Hücum edən şəxs tutularaq polisə təhvil verilib.
Alborz vəqflər qurumunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Əli Əli Əkbəri “İrna” xəbər agentliyinə müsahibəsində hücuma məruz qalan din xadiminin “Müctəba Hüseyni”, hücum edənin isə iranlı olduğunu bildirib və bu hücumun əcnəbilərlə heç bir əlaqəsi olmadığını deyib.
Əli Əkbəri bildirib ki, bu şəxs “öncələr də mərasimin audio şəbəkəsinin simlərini kəsməyə çalışıb və diqqəti cəlb etməyə çalışıb və öncədən planlaşdırılmış şəkildə hücum edib”.
İranda son aylarda mollalara və tələbələrə qarşı hücumlar çoxlu artıb.
Bu ilin aprelində Məşhəddə bir şəxs 8-ci şiə İmamın hərəminin həyətində bıçaqla üç din xadiminə hücum edib. Bu hücum zamanı iki nəfər həyatını itirib.
İsfahan və Xuzistan əyalətlərində ötən aylarda azı 3 din xadimi güllələnib və ya soyuq silahlarla hücuma məruz qalıb və yaralanıb.
#İran_xəbərləri #kərəc