Hüquq müdafiəçisi və Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) müdiri Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə fevral ayının 26-dan davam etməkdə olan BMT İnsan Haqları Şurasının 55-ci sessiyasının iclasları və idarə etdiyi hüquq müdafiə qurumunun həmin tədbirlərdə iştirakı haqqında məlumat verib.
İnsan haqları şurasının Cenevrədə keçirilən 55-ci sessiyasında BMT-nin İranda 2022-ci ilin etirazları ilə bağlı fakt-araşdırma missiyası da hesabatını təqdim edib. Missiyanın sədri Sara Hüseyn İran dövlətinin etirazları qəddarca yatırmaq üçün tətbiq etdiyi insan haqları pozuntularını “insanlığa qarşı cinayətlərə bərabər” olduğunu ifadə edib.
Jalə Təbrizli: BMT İnsan Haqları Şurasının iclasında İran Azərbaycanındakı pozuntuları gündəmə gətirdik EMBED SHARE
Jalə Təbrizli: BMT İnsan Haqları Şurasının iclasında İran Azərbaycanındakı pozuntuları gündəmə gətirdik
Jalə Təbrizli müsahibədə Ərk cəmiyyətinin də faktaraşdırcı missiya ilə əməkdaşlıq etdiyini qeyd edib. “Biz missiya ilə çox işləmişdik. Onlarla neçə dəfə iclaslarımız oldu və Azərbaycanda insan haqlarının əzilməsi və problemlərimiz haqqında danışmışdıq,” o, söyləyib.
O, həmçinin mənsub olduğu hüquq müdafiə qurumunun Cenevrədə qatıldığı və ya təşkil etdiyi yan tədbirlərdə müzakirə etdiyi mövzular haqqında danışıb:
“Bizim mart ayının 11-də Urmiyə gölünün quruması ilə bağlı konfransımız oldu. Sonra Azərbaycanda türk qadınların və uşaqların problemləri, həyatları və onlara olan zülmlər haqqında danışıldı.”
Təbrizlinin dediklərinə görə, Ərk cəmiyyətinin keçirdiyi bəzi tədbirlərdə bəzi dövlətlər, o cümlədən İslam Respublikasının bəzi müttəfiqlərinin təmsilçiləri də izləyici kimi iştirak ediblər.
“Mən özüm siyasi məhbuslarımız haqqında və onların nə şəraitdə həbs edilməsi haqqında danışdım. İzah etdim ki, bunlarla necə rəftar olunur və kimlər indi həbsxanadadır və aclıq aksiyaları ilə bağlı danışdı. Bizim keçirdiyimiz tədbirlər yüksək səviyyədə alındı. Adətən NGO-ların (qeyri-hökumət təşkilatları) təşkil etdiyi panellərdə dövlətlər iştirak etməz. Ancaq, bəzi dövlətlər, o cümlədən Çinin nümayəndəsi bizim tədbirlərə qatıldı. Urmiyə gölü ilə bağlı keçirdiyimiz paneldə İslam Cümhuriyyətinin də iki nümayəndəsi gəlib tədbirin sonunadək oturdular,” Jalə Təbrizli bildirib.
Onun dediklərinə görə, Ərk cəmiyyətinin təşkil etdiyi və ya qatıldığı yan tədbirlərdə ətraf mühit problemləri, yoxsulluq, qadın hüquqları və irqçilik kimi mövzular, eləcə də Urmiyə gölünün qurumasına etiraz edən və ya türk dilində təhsil tələb edən insanların həbs edilməsi gündəmə gətirilib.
Jalə Təbrizli əlavə edib ki, “bizim vəkillərimizdən biri qadınların məsələsini açıqladı. Azərbaycanda qadınların nələr çəkdiyini anlatdı. Türk olduqları üçün nədən məhrum olunurlar və hansı ayrı-seçkiliklərə məruz qalırlar. O cümlədən, ev xanımı olan qadınlar səslərini çatdıra bilmir. Qadınların işləri düşəndə məhkəmənin dilini bilmirlər. Çünki, məhkəmələrin dili farscadır. Erkən nikah məsələsi və bu ki, İslam Cümhuriyyətinin qanunları farslara zülm yaradanda bizə iki dəfə zülm yaradır.”