İsrail BMT-yə: Qəzzanın şimalı 24 saat ərzində təxliyə olunmalıdır
Son hadisələr:
- HƏMAS mülki şəxslərə İsrail Müdafiə Qüvvələrinin 1,1 milyon dinc sakinin “öz təhlükəsizlikləri üçün” 24 saat ərzində Qəzzanın şimalından cənub bölgələrinə təxliyyə edilməsinə dair çağırışına məhəl qoymamağa çağırıb.
- Militantt qrup həmçinin bildirir ki, İsrailin son 24 saat ərzində hava hücumları nəticəsində 13 israilli və əcnəbi vətəndaş girov öldürülüb.
- ABŞ dövlət katibi Antoni Blinken Əmmanda İordaniya Kralı Abdullah ilə görüşüb və orada Fələstin Milli İdarəsinin prezidenti Mahmud Abbasla görüşəcəyi gözlənilir.
- Müdafiə naziri Lloyd Ostin yüksək səviyyəli hökumət liderləri ilə görüşmək üçün İsrailə gəlib
- BMT Qəzzada 340 min insanın didərgin düşdüyünü bildirib
- İsrail HƏMAS-ın reydində 1800 nəfərin öldüyünü bildirir; Qəzza cavab zərbələri nəticəsində 1500 nəfərin öldüyünü bildirir
Qəzzanın şimalında bəzi sakinlər cümə günü nə etməli olduqlarını bilmirlər. BMT rəsmisi cümə axşamı bildirib ki, İsrail ordusunun rəsmiləri təşkilata deyib ki, Qəzzanın şimalında təxminən 1.1 milyon insandan ibarət bütün əhali 24 saat ərzində Qəzzanın cənubuna getməlidir. Daha sonra isə İsrail gözlənilən quru hücumundan öncə Qəzza şəhərində hər kəsin evakuasiyasına göstəriş verib.
İsrail Müdafiə Qüvvələr cümə günü Qəzza şəhərində sakinləri “öz təhlükəsizlikləri və müdafiələri” üçün ərazini tərk etmələri barədə xəbərdar etdiyini təsdiqləyib.
“Siz Qəzza şəhərinə yalnız icazə elanı veriləndən sonra qayıda biləcəksiniz,” İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus X sosial media platformasında canlı yayımlanan birifinqdə söyləyib. “İsrail dövləti ilə təhlükəsizlik hasarının olduğu əraziyə yaxınlaşmayın”.
HƏMAS isə hər kəsi “evlərində qalmağa və işğalın başlatdığı bu iyrənc psixoloji müharibəyə qarşı möhkəm dayanmağa” çağırıb. Bu barədə Associated Press məlumat verib.
BMT-də fələstinli nümayəndə Riyad Mənszur cümə günü müxbirlərə bildirib ki, İsrailin evakuasiya ilə bağlı göstərişi qaçmağa yerləi olmayan yüz minlərlə fələstinlinin “etnik təmizlənməsinə” bərabərdir.
“Biz hazırda İsrailin işğalçı qüvvələrinin insanlara təxliyə etmələrini dediyi Qəzzann şimalında nə baş verdiyini bilmirik- insanlar hara gedəcəklərini bilmirlər,” Mənsur ərəb ölkələrinin nümayəndələri ilə görüşdən öncə müxbirlərə deyib. “Qəzza zolağında təhlükəszi yer yoxdur.”
BMT-nin sözçüsü Stefan Dujarrik cümə axşamı Nyu-Yorkda deyib ki, təxliyə əmri təxminən 1.1 milyon insana şamil edilir və bunu “dəhşətli humanitar fəsadları olmadan” həyata keçirmək qeyri-mümkündür. O, İsraili bu əmri ləğv etməyə çağırıb.
İsrail Qəzzanı bazar ertəsi “tamamilə mühasirə” altına alıb və bunun HƏMAS-ın şənbə günü 1300-dən çox israillinin ölümü ilə nəticələnən hücumuna cavab olduğunu deyib.
Fələstinlilər hazırda elektrikz, su və yanacaqsz qalıb ki, bu da kütləvi evakuasiyanı daha da riskli və mürəkkəb edir.
“Xaos”
“Bu, xaosdur. Heç kəs nə edəcəyini bilmir,” Qəzza şəhərində BMT-nin fələstinli qaçqınlar agentlyindən İnaa Həmdan AP-yə bildirib və əlavə edib ki, BMT heyəti Qəzzanın şimalını təxliyə edir.
Dujarrik bu göstərişin həmçinin bütün BMT işçilərinə və BMT obyektlərində, o cümlədən məktəblərdə, sağlamlıq mərkəzlərində və klinikalarda sığınanlara şamil edildiyini deyib.
BMT-nin fələstinli qaçqınlara yardım agentliyi UNRWA humanitar işini davam etdirmək üçün mərkəzi əməliyyat mərkəzini və təxminən 300 nəfərdən ibarət beynəlxalq işçi heyətini Qəzzanın cənubunda bir yerə köçürdüyünü bildirib. UNRWA-nın Qəzzada təxminən 13 min əməkdaşı var və onların böyük əksəriyyəti fələstinlilərdir.
“Bunlar BMT obyektləridir. Onlar beynəlxalq humanitar qanuna uyğun olaraq heç vaxt hücuma məruz qalmamalıdır,” UNRWA bəyanatında bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı xəstəxanada əksəriyyəti uşaqlar və həyat dəstək aparatlarna bağlı aağır xəstə və ya yaralılardan ibarət pasientləri Qəzzanın şimalından təxliyə etməyin qeyri-mümkün olduğunu bildirib.
“Bu insanların köçürülməsi ölüm hökmüdür,” ÜST-dən Taris Casareviç deyib.
HƏMAS-ın şənbə günü Qəzzaya hücumundan saatlar sonra başlayan İsrail hava hücumları kampaniyası Qəzzada ən azı 1500 nəfərin ölümünə səbəb olub. İsrail altı günlük bombardman ərzində 6000 bomba atdığını bildirir.
“Fələstin Qızıl Aypara humanitar qrupunun direktoru Bəşər Murad Amerikanın Səsinin ərəb dilli peyk televiziyası olan Alhurra-ya deyib: “Ölənlərin sayı hər saat artır. Xəstəxanalara gələn ölü və yaralıların sayı bu xəstəxanaların imkanlarından qat-qat çoxdur.”
Birləşmiş Millətlər Təşkilatı 340 minə yaxın fələstinlinin Qəzzada evlərini tərk etdiyini və onların üçdə ikisindən çoxunun BMT məktəblərinə sığındığını bildirib. Təşkilat cümə axşamı Qəzza və İordan çayının qərb sahilində təcili ehtiyacları qarşılamaq üçün 294 milyon dollarlıq humanitar müraciət başladıb.
BMT Təhlükəsizlik Şurası cümə günü hadisələri müzakirə etmək üçün bağlı qapılar arxasında iclas keçirəcək.
Sərhədə ordu yerləşdirilib
İsrail Qəzza ilə sərhədə yaxın 300.000 ehtiyat əsgəri yerləşdirib, lakin hücumda irəliləyişlə bağlı heç bir qərar verilmədiyi bildirib. Bu arada isə Qəzzanı şiddətli bombardman etməkdə davam edir və HƏMAS girov saxladığı təxminən 150 nəfəri azad edənə qədər dayanmayacağına söz verib.
İsrail və Livan mətbuatı cümə günü ortaq sərhədlərində toqquşmaların olduğunu xəbər verib.
Cümə axşamı Human Rights Watch təşkilatı İsrailin çərşənbə günü Qəzzada keçirdiyi hərbi əməliyyatlarda ağ fosfordan istifadə etdiyini və bunun beynəlxalq humanitar hüququn pozulması olduğunu iddia edib. Ağ fosfor ağır yanıqlara və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.
“Qəzza zolağında ağ fosfordan istifadə olunmur. Nöqtə!”, İDF sözçüsü polkovnik-leytenant Amnon Şeffler cümə axşamı jurnalistlərə bildirib.
Bu arada isə Jurnalistlərin Müdafiə Komitəsi şənbədən bəri Qəzzada ən azı yeddi jurnalistin öldürüldüyünü sənədləşdirib.
Blinken və Ostin regiondadır
ABŞ terror hücumu zamanı 27 amerikalının öldürüldüyünü, 14 nəfərin isə itkin düşdüyünü bildirib.
ABŞ dövlət katibi Antoni Blinken cümə günü Əmmanda İordaniya kralı Abdullahla görüşüb. O, bundan bir gün öncə İsraildə baş nazir Benyamin Netanyahu ilə danışıqlar aparıb.
Əmmanda o həmçinin Fələstin Milli İdarəsinin prezidenti Mahmud Abbasla görüşüb. Fələstinli lider HƏMAS hücumlarını qınamağa könülsüz olub, baxmayaraq ki, bu iki fələstinli fraksiya bir-birini sevmir, amma o, cümə günü bu istiqamətdə addım atıb.
“Biz hər iki tərəfdə mülki vətənşdaşları öldürmək və ya onlara zorakılığı rədd edirik, çünki onlar əxlaqa, dinə və beynəlxalq hüquqa ziddir,” Reuters-in bildirdiyinə görə, rəsmi fələstinli xəbər agentliyi Wafa Abbasdan sitat gətirib.
İordaniyadan sonra dövlət katibi cümə günü Qətərə səfər edib və orada İsraili mülki vətəndaşlar qorumağa çağırıb, ancaq qeyd edib ki, HƏMAS-ın yolları blok edərək fələstinlilərin cənuba qaçmalarının qarşısını aldığı deyilir.
“Hazırda Qəzzaya humanitar yardım çatdırmaq səyləri HƏMAS-ın günahsız mülki vətəndaşlardan canlı qalxan kimi istifadə etməyə davam etməsi və iddia edilənə görə, fələstinlilərin Qəzzanın cənubuna getməsinin qarşsını almaq üçün yolları blok etməsi faktı səbəbilə qəlizləşdirilib.”
Blinken deyib ki, liderlər HƏMAS-ın şənbə günü hücumu zamanı girov götürdiyi israilliləri təcili şəkildə xilas etmək üçün birlikdə işləyirlər. ABŞ-ın baş diplomatı həmçinin Bəhreyn, Səudiyyə Ərəbistanı və Misirə səfər edərək. Bu, onun 2021-ci ilin yanranda vəzifəyə gələndən bəri regiona ən böyük səfəridir.
Ağ Evdə rəsmilər cümə günü deyib ki, Prezident Co Bayden HƏMAS-ın hücumlarından sonra hələ də itkin olan 14 amerikalıının ailə üzvlərinin də olduğu telefon danışığında iştirak edib.
ABŞ müdafiə naziri Lloyd Austin də cümə günü yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşmək və Vaşinqtonun HƏMAS-hücumlarından sonra cəld bir şəkildə İsrailə çatdırdığı silah və təhlükəsizlik yardımını şəxsən görmək üçün İsrailə səfər edib.
“Bu, neytrallıq və ya onun yalançı ekvivalentləri ya da bağışlanmazlar üçün bəhanələr vaxtı deyil. Terrora heç vaxt bəraət qazandırmaq mümkün deyil və bu, xüsusilə HƏMAS-ın bu zorakılığından sonra doğrudur,” Austin Tel-Əvivdə jurnalistlərə bildirib.
O, İsrailin özünü müdafiə etmək hüqququnun olduğunu vurğulayıb və əlavə edib ki, onun ABŞ ordusunun Yaxın Şərq əməliyyatlarına başçlıq edən general olduğu zaman İsrail ordusu ilə işləmək təcrübəsi onu əmin edir ki, onlar “peşəkar”dırlar “diqqəti doğru şeylərə yönəldiblər” və belə qalacaqlar.
“HƏMAS kimi terrorçular qəsdən mülki vətəndaşları hədəf alır, ama demokratiyalar bunu etmir. Bu, qisas deyil, qətiyyət, panika deyil, məqsəd və təslim olma deyil, təhlükəsizlik vaxtıdır,” Austin əlavə edib.
Austin İsrail Müharibə Kabineti ilə görüşündən sonra Nevatim Hava Bazasına səfər edib ki, oraya cümə günü ABŞ-n təhlükəsizlik yardımı çatdırılmağa davam edib.
Müdafiə naziri deyib ki, yardıma döyüş sursatları, hava hücumundan müdafiə imkanları, digər avadanlıq və resurslar daxildir.
“ABŞ dünyanın ən güclü ölkəsidir…ona görə də biz Ukraynanın yanında olduğumuz kimi İsrailin də yanında olacağıq,” Austin deyib.