İslam Respublikası kimi girov götürən bir hökumətə qarşı nə edilməlidir?
6 Mart 2021
Nizar Zaka İslam Respublikası hökumətinin dəvəti ilə bir çıxış üçün İrana getdi, ancaq “casusluq” ilə günahlandırıldı və dörd ilini həbsxanada keçirildi. O İslam Respublikasının müxtəlif səbəblərdən girov götürdüyü bir neçə nəfərlə birlikdə “Dünyada Girov götürənlərə Yardım” adlı bir təşkilat qurdular. Cümə axşamı, bir neçə qonağın qatıldığı və hökumətin girov götürdüyü müxtəlif məqamlarına toxunan qurumu tanıtmaq üçün bir proqram təşkil edildi. Proqram JCPOA-nı canlandırmaq üçün İran və ABŞ arasında mümkün danışıqlar ərəfəsində keçirilib.
***
Son həftələrdə Joe Biden hökuməti JCPOA-nı canlandırmaq arzusundan danışarkən, bir sıra analitiklər, mütəxəssislər, keçmiş məhbuslar və mediada İranda girov saxlanılan ikili vatandaşlar və xarici vətəndaşların haqqında danışıqlar aparmaqğın lazım olduğu barədə danışdılar.
Son həftələrdə Amerika mətbuatı dəfələrlə Biden administrasiyasının xarici işlər rəsmilərindən girovların sərbəst buraxılmasının bu danışıqlarda ilkin şərt olub-olmadığını soruşdu.
Xarici İşlər Naziri Anthony Blinken, prezidentin milli təhlükəsizlik müşaviri Jake Sullivan, İran üzrə xüsusi elçi Rob Mali və xarici işlər müavinliyinə namizəd Wendy Sherman bu sualı müxtəlif şəkildə cavablandırdılar.
4 Mart Cümə axşamı günü onlayn bir proqramda “Dünyada Girovlara Kömək” adlı bir qeyri-kommersiya təşkilatı, İslam Respublikasında girov götürülməsi və nüvə anlaşması ilə əlaqələrinin müxtəlif ölçülərinə toxundular.
Proqramda fikirlərini təqdim edən qonaqların əksəriyyəti İran həbsxanalarında həbsdə saxlananlardı: ABŞ-ın Tehrandakı səfirliyində 444 gün girov saxlanılan Barry Rozendən Nizar Zaka, Kylie Moore Gilbert, Maziar Bahari, Xiao Wang, Jason Rezaian və həyat yoldaşı Nazanin Zaghari hələ də həbsdə olan Richard Ratcliffe.
JCPOA və girovlar; Öncəliklər
ABŞ mediasında və cümə axşamı keçirilən toplantılarda suallardan biri, İrandakı Amerikalı girovların azadlığa buraxılmasının öncəliklərə alınması və JCPOA-ya qayıtma ehtimali idi.
Amerikalı bir araşdırmaçı Ziao Wang, proqramda İranla yeni bir razılaşmanın İslam Respublikasının girov götürməsini dayandıra biləcəyinə inanmadığını söylədi. O İranın girov götürülməsinin səbəbinin bir hissəsinin də JCPOA və sonrakı məhbus mübadiləsi səbəbi olduğuna inanıram dedi.
Xiao Wang, JCPOA imzaladıqdan sonra universitet araşdırması üçün İrana getdi, ancaq təxminən 40 ay həbsxanada qaldı. O toplantıda dedi: “Düşünürəm ki, ümumiyyətlə JCPOA imzalanması fikri İranı beynəlxalq birliyin bir hissəsi və sivil dünyada məsuliyyətli bir aktyor olmağa təşviq etmək idi. Lakin JCPOA uğurlu olmadı və İran girov götürmə davranışını dəyişdirmədi.”
Bu tədqiqatçı, 2016-cı ilin Yanvarında İranla ABŞ arasında məhbus mübadiləsinə, sonra da İranın dondurulmuş varlıqlarının sərbəst buraxılmasına toxundu və İslam Respublikasının ABŞ-ın bu addımını təzminat və qan tökülməsi kimi qiymətləndirdiyini söylədi: “Obama administrasiyasının bu barədə nə deməsi önəmli deyildi, İran rejiminin açıq və dəfələrlə bu pulun fidyə və qan öcü söyləməsi vacibdir.”
Jason Rezaian, 2016-cı ilin yanvarında dəyişdirilən və Evin Həbsxanasından sərbəst buraxılan dörd Amerikalı məhbusdan biri idi. O cümə axşamı dedi:
“JCPOA-ya qayıtmağın İranın girov götürülməsinə son qoyacağını düşünmürəm. İranın girov götürülməsi məndən və Xiao və Nazanin və başqalarından başlamadı, Barry Rozendən (və Tehrandakı ABŞ səfirliyinin işğalı) başladı. Düşünürəm ki, bu iş İran rejiminin artıq lazımsız olduğunu hiss edənə qədər davam edəcəkdir. Buna görə də, bu məsələnin JCPOA-nın qayıtması ilə heç bir əlaqəsi yoxdur.”
Girov götürülməsinə qarşı milli və beynəlxalq qanunlar
Girov götürülməsinə qarşı mübarizə üçün bir neçə beynəlxalq konvensiya var və bəzən onlara yeni milli və beynəlxalq qanunlar əlavə olunur.
Kanada hökumətinin ən son belə təşəbbüsü son həftələrdə çox sayda ölkə tərəfindən imzalanan Dövlətlərarası Münasibətlərdəki Özbaşına Tutulmalara Qarşı Bəyannamədir. Üç həftə əvvəl ABŞ Xarici İşlər Naziri Anthony Blinken də bəyannaməni dəstəklədi.
ABŞ Konqresi də girovları geri almaq və girovları məsuliyyətə cəlb etmək üçün keçən il yekdilliklə Robert Levinson Qanunu qəbul etdi. Robert Levinson, ən uzun müddətə girov götürülmüş Amerikalı girov kimi tanınır və ABŞ hökuməti keçən il İranda ölümünün olacağını açıqladı.
Robert Levinsonun qızı Sarah, cümə axşamı günü atasının itkin düşməsinin ilk günlərinin şərtlərindən və sonrakı qaydaların gələcək girov ailələri üçün işləri necə asanlaşdırmasından danışdı.
Konqresdəki “Levinson” planının tərəfdarı olan ABŞ Nümayəndələr Palatasının üzvü Ted Deutsch, cümə axşamı günü dedi ki, Biden rəhbərliyi JCPOA-nı canlandırmağa qərar verdikdə, girovların sərbəst buraxılmasını birinci prioritet olaraq ələ alacaq.
Hökumət tərəfindən girov götürülmə ilə mübarizə üçün bəzi yollar
Cümə axşamı proqramının bütün iştirakçıları girov götürmə, xüsusən də hökumət girov götürülməsinə qarşı mübarizədə hökumətlər arasında əməkdaşlığın zəruriliyini vurğuladılar.
İranwire-in baş redaktoru Maziar Bahari, hökumətlərin öz vətəndaşlarının İrana səfərləri ilə bağlı açıq bir tövsiyə və xəbərdarlıq etmələri lazım olduğunu vurğulayaraq, JCPOA imzalanandan sonra İranda həbsdə olan bir neçə ikili və xarici vətəndaşın yaranan ortamçdan ötürü İrana getdiyini söylədi.
O əlavə etdi: “İranla mümkün bir razılaşma yenidən imzalanarsa, ABŞ da daxil olmaqla hökumətlər öz vətəndaşlarına açıq şəkildə nüvə anlaşmasının bir dərman olmadığını və İran hökumətinin mahiyyətinin dəyişməyəcəyini xəbərdar etməlidirlər.”
Bahari, mümkün hər hansı bir razılaşmadan sonra İrana gedəcək şirkətlər və iş adamlarına, İran hökumətinin xarici vətəndaşları və ya ikili vətandaşlıqlıları ticarət edə biləcəyi bir mal olaraq gördüyünü unutmamalı olduğunu söylədi. Əvvəlki girovların hekayəsi toplanmalı və İrana səyahət etmək istəyənlər bu məlumatlara sahib olmalıdırlar.
İki ildən çox İran həbsxanalarında qalan Kylie Moore-Gilbert eyni zamanda Dünyada Girov götürənlərə Yardım Təşkilatının üzvüdür.
O qısa bir mesajda dedi: “Bu təşkilatda olduğumuza inanırıq ki, hökumətlər artan özbaşına girov götürmə və həbs fenomeninə son qoymaq üçün bir strategiya tapmaq üçün birlikdə çalışmalıdırlar. Dünyada daha çox hökumət günahsız vətəndaşlarının həyatını qurtarmaq üçün hökumətə bağlı girovlarla danışıqlar aparmaq məcburiyyətində qalır. Çox vaxt yüksək bir qiymət ödəyirlər. Hökumətləri girov götürülməsini bir ticarət olaraq edilməsini dayandırmaq üçün hərəkətə keçməyə çağırırıq.”
Cümə axşamı proqramı, James Foley Heritage Foundation ilə birlikdə Dünyada Girov götürənlərə Yardım təşkilatı tərəfindən aparıldı. James Foley, Suriyada İŞİD tərəfindən qaçırılaraq başı kəsilən bir xəbər fotoqrafçısı idi. Onun anası Diane Foley fondun müdiridir və cümə axşamı girov götürülən ailələrin əziyyətlərindən danışdı. O, Biden hökumətini girov götürmə məsələsinə üstünlük verməyə çağırdı.
İRANWİRE