İslam Respublikası 16 yaşındaykən habs etdiyi və işgəncə verdiyi bir gənci edam etmək istəyir
İnsan haqları təşkilatları iddia edilən cinayət zamanı yalnız 16 yaşında olan Məhəmməd Həsən Rizayinin anidən edam ediləcəyi barədə xəbərdarlıq etdilər.
Əbdolrəhman Burumənd İnsan Hüquqları Vəqfi, cənab Rizayinin Rəştdəki Lakan Həbsxanasında təkadamlıq kameraya köçürüldüyünü və ailəsinə bir həftə sonra edam ediləcəyinin söylənildiyini yazdı.
Məhəmməd Həsən Rizayi 2007-ci ildə, yalnız 16 yaşındaykən, qrup davasında bıçaqla adam öldürmək ittihamı ilə həbs olundu.
Şübhəlinin bir uşaq olmasına baxmayaraq, İslam Respublikası məhkəmə hakimiyyəti onu vəkili olmadan və ailəsi ilə görüşmədən uzun müddət təcridxanada saxladı.
Beynəlxalq Amnistiya Təşkilatı, cənab Rizayinin etiraf etmək üçün dindirildiyi müddətdə “dəfələrlə döyüldüyünü, yumruqlandığını, təpikləndiyini və şlanqla şallaqlandığını” söylədi.
Məhkəmədə işgəncə altında qətl ittihamını qəbul etdiyini söyləyərək etiraflarını geri aldı.
Bundan əvvəl, Almaniya hökuməti on ildən çoxdur ölüm hökmü ilə həbsdə olan 30 yaşlı bir gəncin edamına reaksiya göstərərək, hökmü İslam Respublikasının öz qanunlarına əsasən “əsassız” olaraq qınadı.
İslam Respublikası, 18 yaşınadək şəxslərin edamını qadağan edən BMT-nin Uşaq Hüquqları Konvensiyasını imzalayıbdır.
Bununla birlikdə, İslam Respublikası bu il cinayət zamanı 18 yaş altında olan ən azı dörd nəfəri edam edib.
VOA