İslam Respublikası “Əl-Qaidə”nin yeni liderinin İranda olması xəbərini təkzib edib
BMT və ABŞ Xarici İşlər Nazirliyi Əl-Qaidə terror qruplaşmasının yeni liderinin İranda olması barədə məlumat versələr də dünən 16 Fevral cümə axşamı, İran İslam Respublikasının BMT-dəki nümayəndəsi bu adamın İranda varlığını təkzib etdi
İslam Respublikasının BMT-dəki nümayəndəsi twitində yazıb: “Əl-Qaidənin yeni təyin olunmuş liderinin ünvanı yalandır. Bu dezinformasiya potensial olaraq terrorla mübarizə çabalarına mane ola bilər”.
Ayrıca dünən İslam Respublikasının xarici işlər naziri Əl-Qaidə liderinin İranda olması xəbərini gülünc adlandırıb və bu xəbərlərin “İranofobiyanın uğursuz oyunu” olduğunu iddia edib.
Əmir Əbdüllahiyan tweet etdi: “Mən Ağ Ev rəsmilərinə İran-fobiya uğursuz oyununu dayandırmağı tövsiyə edirəm, Əl-Qaidə lideri haqqında xəbərlər yaymaq və bunu İranla əlaqələndirmək gülüncdür”.
Birləşmiş Millətlər Təşkilatının 14 Fevral hesabatında qeyd olunub ki, bu təşkilata üzv olan ölkələrin təhlili “Sefolədl”in Əl-Qaidənin faktiki lideri olması və şiə məzhəbinin İranda hakim olaması nədəni ilə hələ də rəsmi olaraq Əl-Qaidə lideri olduğu barada açıqlama verilməyib.
BMT-nin hesabatının dərcindən bir gün sonra ABŞ Xarici İşlər Nazirliyi də ötən ilin avqustunda İmən Əl-Zəvahirinin öldürülməsindən sonra İranda yaşayan misirli islamçı Sefolədlin Əl-Qaidə rəhbərliyinə keçdiyini açıqlayıb.
Keçən il ABŞ-ın Kabilə endirdiyi aviazərbə zamanı İmən Əl-Zəvahirinin ölümündən sonra onun mümkün varisi kimi 62 yaşlı Sefolədlin adı çəkilir. “Əl-Qaidə” və “Taliban” qüvvələrinin İranda olması əvvəllər də qeyd olunub. Ötən illərdə Usamə bin Ladenin oğlunun İranın Dəmavənd şəhərində olması da bu hallardan biri idi.