İşğal olunmuş torpaqlardakı bütün kilsə və məscidlər bərpa olunacaq – HACIYEV
“Qəbələdəki XII əsrə aid Müqəddəs Məryəm Kilsəsi tam təmir edilib və Azərbaycanın xristian icmasının istifadəsinə verilib. Təmirə bir müddət əvvəl Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Azərbaycanın işğal edilmiş torpaqlarındakı bütün kilsələr və məscidlər də bərpa olunacaq”.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.
XII Century Holy Maria #Church in Gabala reg was completely renovated/rendered for use of proud Christian Community of Azerbaijan. It’s renovation started a while ago by Heydar Alıyev Foundation. All Churches and Mosgues in deoccupied lands of #Azerbaijan will also be renovated. pic.twitter.com/mhQ1dbzPLJ
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 7, 2020