İranlı jurnalistin səhiyyə işçilərinə göndəriən təhdid məktubunu açıqladığı üçün mühakimə olunacaq !
Soldan sağa: Jurnalist İlahə Ramezanpour ,Gülüstan əyalətindəki tibb xadimi Dr.Abdulreza Fazel
Gülüstan əyalətindəki Tibb Elmləri Universitetinin müdirinə görə yuxarıdan gələn əmrə görə tibb bacılarını demişdilər ki, növbələrini tərk etsələr həbs ediləcəklər və qamçılanacaqlar.
Fevralın sonlarında Gülüstan’ın sağlamlıq problemlərini işıqlandıran bir Telegram kanalı, Abdulreza Fazel’in Gülüstan əyalətindəki xəstəxanalara bir məktubla bildirmişdi ki, ‘bütün işçilərə rəhbərliyin əmrləri ilə növbələrini tərk etdikləri təqdirdə bir məktub göndəriləcək. Bu məktub həmdə xəstəxananın təhlükəsizlik şöbəsinə göndəriləcək və ən sondada həbs və döyülmə ilə nəticələnən prokurora göndəriləcək ”.
Səhiyyə rəsmi məqamaları, hətta xəstəlik arayışı ilə evdə olanların həqiqətən xəstə olduğundan əmin olmaq üçün tibb işçilərinin evlərinə getmək tapşırığı ilə xəstəxanalarda idarəetmə qrupunun yaradıldığını söyləmişdir.
Məktubla bağlı etirazlar və açıqlama istənildiyi ilə qarşılaşdıqda, doktor Fazel məktubu rədd etmədi və əvəzində “təcili vəziyyətlərdə bu tip məktubların təbii olduğunu”, bildirdi.
Bu şərhlərdən sonra Gülüstan Tibb Elmləri Universitetində bir neçə vəzifəli şəxsin iştirakı etdi və universitet başçılarının da olduqları bir toplantıda bildirdi ki, tibb işçilərinin xəstə olduqları halda bir mütəxəssis tərəfindən xəstələnmələri haqda təsdiqlənməli arayış olduğunun vacib olamsını bildirbdir.
Telegram kanalının verdiyi məlumata görə, məktub geniş şəkildə yayımlandıqdan sonra universitet rəsmiləri əvvəlcə məktubun məzmununu ifşa edən jurnalistə qarşı iki şikayət etmişdilər. Jurnalist İlahə Ramezanpour beləliklə məhkəmə orqanlarına sövq edildi və onun üçün cinayət işi açıldı.
İran RSF-nin Mətbuat Azadlığı İndeksi
İran, Sərhədsiz Reportyorların RSF-nin 2020-nin son mətbuat azadlığı indeksində mətbuat hüquqlarının ən pis şəkildə pozulan ölkələrindən biri olaraq üç yeri 173-ə endirdi.
Mətbuat Azadlığı İndeksi xəritəsi – Radio Farda
Hesabata görə, İran son 40 ildə jurnalistlər üçün dünyanın ən repressiv ölkələrindən biri olub.
Son dörd ildə ən azı 860 jurnalist və vətəndaş jurnalist həbs edildi və ya edam edildi.