İranın xarici işlər naziri Azərbaycana gələcək
İran İslam rejiminin xarici işlər naziri Zərif Rusiya və Azərbaycana səfər edəcək.
Bu barədə İran XİN-in mətbuat katibi Səid Xətibzadə Tvitter hesabında yazıb. Səfər 23-24 noyabr tarixlərində baş tutacaq.
Xətibzadənin sözlərinə görə Məhəmməd Cavad Zərif səfəri çərçivəsində bölgədə baş verən son hadisələr və ikitərəfli münasibətlər çərçivəsində danışıqlar aparacaq.