Fransada Tehran yaxınlığında vurulan Boeing 737-nin qara qutularının İrandan onlara gəldiyi bildirilib.
Qaynarinfo xəbər verir ki, Ukrayna sərnişin laynerinin qara qutularının deşifrə etmək üçün bu Avropa dövləti onları açmaq üçün lazımi texniki imkanlara malik olduğuna görə seçilib. Kiyevdən olan mütəxəssislər də fransız həmkarlarıyla birlikdə çalışacaqlar.
Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski prosedurun bu cür aparılmasıyla bağlı razılığa gəlib. O, İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib. İyulun əvvəlində vətəndaşları təyyarə qəzasında ölən dövlətlər Anlaşma və Əməkdaşlıq Memorandumu imzalayıblar.
Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737 təyyarəsi yanvarın 8-də Tehran hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra vuruldu. Əvvəlcə İran hərbiçiləri hadisədə hər hansı bir iştiraklarının olmasını rədd edib, lakin sonra səhvən vurduqlarını etiraf ediblər. Təyyarədə olan 176 sərnişin və ekipaj üzvünün hamısı ölüb. Heyət Ukraynanın olub. Sərnişinlərin əksəriyyəti İran vətəndaşıdır (81), eləcə də göyərtədə Kanada, Əfqanıstan, Böyük Britaniya, İsveç və iki Ukrayna sərnişini olub.