İranın türk və ərəb bölgələrində vaksinasiya aşağı səviyyədədir
Müxtəlif vilayətlərdə vaksinasiya prosesi ilə bağlı yayılan məlumata əsasən, ölkədə türk, ərəb və lur icmalarının yaşadığı bölgələrdə vaksinasiya səviyyəsi digər bölgələrə nisbət daha aşağıdır.
Yarı-rəsmi İSNA agentliyinin bazar ertəsi günü yaydığı məlumata görə, indiyə qədər Kirman vilayəti 73 faiz ilə ən yüksək, Ərdəbil vilayəti isə 18 faiz ilə ölkədə vaksinasiya səviyyəsinin ən aşağı olduğu yerdir.
İSNA-ya istindən, Şərqi Azərbaycan, Kohgiluyə və Boyer-Əhməd, Xuzistan (Əhvaz) və Ərdəbil vilayətləri İranda vaksinasiya səviyəsinin ən aşağı olduğu vilayətlərdir. Qərbi Azərbaycan vilayətindəki vaksinasiya səviyyəsi ilə bağlı məlumat yayılmayıb.
Vilayətlər arasında bərabərsiz peyvənd bölgüsü bəzi millət vəkillərinin də etirazlarına səbəb olub.
Təbriz millət vəkili Məhəmmədhüseyn Fərhəngi vilayətlərə göndərilən peyvənd miqdarının hesablanmasında şübhələrin mövcud olduğunu önə çəkib.
Dövlət agentliyi İRNA-nın xəbərinə görə, Fərhəngi Şərqi Azərbaycana göndərilən peyvənd miqdarının bəzi digər vilayətlərə görə daha az olmasına etiraz bildirib.
“Vilayətlərə göndərilən peyvənd miqdarının hesablanmasında ciddi şübhələr var. Qəti olan budur ki, Şərqi Azərbaycana göndərilən vaksin miqdarının bəzi digər vilayətlərə nisbət çox az olması inkar edilməzdir. Biz bu xüsusda etirazımızı Səhiyyə Naziri və digər rəsmilərə çatdırmışıq,” Təbriz millət vəkili söyləyib.
VOA