İranın Oman dənizindəki İsrail gəmisinə raket hücumu
İsrailin Kanal 12-si, İsrailə məxsus bir gəminin Oman dənizində İran raketi tərəfindən hədəf alındığını bildirdi.
Gəmi Tunisdən Hindistana gedərkən raketin hədəfi olmuşdur.
İsrailin XT Management şirkətinə məxsus gəmi raketlə vurulmasına baxmayaraq yoluna davam etdi.
İsrail Xarici İşlər Nazirliyinin sözçüsü ölkənin xəbərləri nəzərdən keçirdiyini bildirdi.
Keçən ilin sonlarında Wall Street Journal xüsusi bir hesabatında təxminən il yarımdır İsrailin Suriyaya gedən İran neft tankerlərinə dəfələrlə hücum etdiyini yazdı.
Wall Street Journal, ABŞ-ın bəzi səlahiyyətlilərinə istinadən, bu dövrdə hədəf alınan İran gəmilərinin sayının “ən az 12 gəmi” olduğunu söylədi.
İsrailin Haaretz qəzeti, bir raportunda İsrailin son bir il yarımda etdiyi hücumların Wall Street Journaldakı məqalədə deyiləndən daha geniş olduğunu yazdı.
İsrail gəmisinə hücum, İslam Respublikasının İsrail hücumlarına cavab vermə səylərinin bir hissəsi olduğu görünür.
İslam Respublikası rəsmiləri bu günə qədər bu haqda səssiz qalıblar.
iranwire