İranın Evin həbsxanasında siyasi məhbuslar oturaq aksiya keçirib
Bu gün, avqustun 10-da İranın paytaxtı Tehran şəhərində yerləşən Evin həbsxanasında məhbuslar arasında koronavirusun yayılmasından dolayı 27 siyasi məhbus bu həbsxananın həyətində oturaq aksiya keçirib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata əsasən, Bu gün, həbsxananın 8-ci korpusunda saxlanılan məhbuslar arasında COVİD-19 xəstəliyinin simptomları ortaya çıxdığından sonra bu korpusdakı 27 siyasi məhbus həbsxananın həyətində oturub və dərhal bu təcridxanadakı şərtlərə diqqət yetirilməsini tələb ediblər.
Avqustun 9-da Evin Həbsxanasının 8-ci korpusunda 17 məhbusun təsadüfi bir tənzimləmə nəticələrini aldıqdan sonra 12 məhbusun koronavirusa yoluxduğu müəyyən edilib.
Bunu təsdiqlədikdən sonra məhbuslar həbsxananın sağlamlıq mərkəzinə köçürülüb.
Evin həbsxanasında həbsdə saxlanılan güneyli milli fəallardan Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı və bu həbsxanada saxlanılan digər siyasi məhbuslar; Behnam Musəvivənd, Behnam Məhcubi, Müsəyyib Rəisi Yeganə, Əmin Ləqayi, Əsgər Şiri, Ruhullah Xizri, Asbin Cəfəriyan, Sübhan Imani, Sina Salik, Əmir Rza Məhmudi, Hüseyn Məhmudi, Məhmud Əli Nəqi, Yasin Cəmali, Behruz Sultanlu, Mənuçehr Buluriyan, Arəş Şirzadi, Əhməd Farsi, Möhsün Fərid, Seyid Mehdi Müstəfəvi, Əliriza Xisrovcərbi, Əmir Hüseyn Mir Xəlili, Mürtəza Kərimi, Murtaza Pur-Əli və Məhəmməd Hadi Mehrani bu gün etiraz edən 27 məhbus arasındadır. Onlar həbsxanadakı vəziyyətin dərhal yaxşılaşmasını tələb ediblər.
Bu oturaq aksiyası nəticəsində Evin həbsxanasının 8-ci korpusunun başçısı Bağıri etirazçı məhbuslara deyib ki, “etirazınız və narahatlığınızın haqlı olduğunu bilirəm, ancaq otaqların çox kiçik olması səbəbindən bu həbsxanada sağlamlıq protokollarını və sosial məsafəni tətbiq etmək mümkün deyil.”
Məhbuslara görə, məkanların darlığından əlavə bu kompleksdə maskalar, əlcəklər və dezinfeksiyaedici mayelər kimi sanitariya qurğularının olmaması bu ölümcül virusun onlar arasında yayılmasına səbəb olub.
Məhbusları dünən və bir gün əvvəl ailələri ilə telefon təmaslarında şiddətli atəş və titrəmələr və iy və dad hisslərini itirdiklərini bildiriblər.
Son aylarda İranın əksər həbsxanalarında məhbusların saxlanılma şəraiti və koronavirusun yayılması ilə bağlı xəbərlərdən sonra ictimaiyyət arasında milli fəalların səhhəti ilə bağlı ciddi narahatlıq yaranıb.
İran hökuməti Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq, həbsdə olan milli fəalların məzuniyyətə çıxmasına imkan vermir.VOA