“İranın Çinlə 25 illik əməkdaşlıq müqaviləsi əhalini qayğılandırır”
İslam Respublikasına müxalif siyasi qruplar İran və Çin arasında imzalanan 25 illik strateji əməkdaşlıq müqaviləsini 1828-ci ildə Qacar imperiyası ilə Rusiya imperiyası arasında imzalanan Türkmənçay Müqaviləsinə oxşadırlar.
İranın iqtisadiyyatı çox pis durumda, yatırıma ehtiyacı var. Buna görə də, Çinlə 25 illik anlaşma İranın iqtisadiyyatını bəlkə qısa müddət və orta müddətdə yaxşılaşdıra bilər.
“Biz bu sənədi ancaq İran və Çin dövlətinin mediaya açıqladığı bölümlər əsasında dəyərləndirə bilirik. Bunu da bilmirik ki, mediaya verilən məlumat anlaşmanın bütün maddələridir, yoxsa seçilmiş maddələrdir,” Umud Şükri deyib.
O əlavə edib ki, “mediada yayılan xəbərlərə görə, Çin 25 il içində İranda 400 milyard dollar sərmayə yatıracaq. Bunun təqribən yarısı neft, təbii qaz və petrokimya sahəsində olacaq. Çin bu sektora sərmayə yatırıb və buradan ucuz neft, qaz və petrokimya məsulları alacaq.”
Ekspert İranın sanksiyalardan dolayı Çinə ehtiyacınn çoxaldığına diqqət çəkir.
“Sanksiyalardan dolayı İranın dəmir yolları, magirstral yolları və bir çox digər sahədə xarici sərmayə və xarici texnologiyaya ehtiyacı vardır. Bunların bir sırasını bu anlaşma çərçivəsində Çin qarşılaya bilər. İranın iqtisadiyyatı çox pis durumda, yatırıma ehtiyacı var. Buna görə də Çinlə 25 illik anlaşma İranın iqtisadiyyatını bəlkə qısa müddət və orta müddətdə yaxşılaşdıra bilər. Bəlkə! Çünki, hər iki dövlət tərəfindən imzalandıqdan sonra müqavilə parlamentlərdə təsdiqlənməlidir. Müqavilənin tətbiqində də sıxıntılar ola bilər,” təhlilçi qeyd edir.
Şükri Çinin hər halda bu anlaşmanın qazanan tərəfi olacağını söyləyir:
“
İnsanlar qorxur ki, Çinə belə imtiyazlar verilsə, İranın öz xalqı istədiyi bölgələrdə, istədiyi şərtlərdə və istədiyi sənayedə çalışa bilməsin və bu imtiyaz Çinə verilsin.
“İki ölkə arasında qarşılıqlı asılılıq olsa, hər iki ölkə öz potensialı qədər qazanc əldə edə bilər. Amma qarşılıqlı asılılıq olmayanda, daha çox ixracat edən və daha çox sərmayə qoyan iqtisadi əməkdaşlıqda üstünlüyü əldə edib və anlaşmadan daha çox yararlana bilər. 25 illik müqaviləyə baxanda, təbii ki, hər kəs Çinin uzun müddətdə daha çox pay əldə edə biləcəyini düşünür.”
İslam Respublikasına müxalif bəzi siyasi qruplar İran-Çin strateji əməkdaşlıq müqaviləsini Türkmənçay müqaviləsinə oxşadıb, İranın bu müqavilə ilə Çinin müstəmləkəsi halına gələcəyini irəli sürürlər.
Umud Şükrinin dediklərinə görə, “Türkmənçay müqaviləsinə bənzətmələrin təməlində milliyyətçilik və duyğusallıq var. Mediada yayılan məlumata baxdım mən. Hərbi əməkdaşlıqdan tam olaraq nə qəsd edildiyi bilinmir. Əcəba İran Çinə qərargah verəcək, yoxsa ortaq hərbi çalışmalar olacaq? Tam bilgi olmadığı üçün görüş bildirmək çətindir. Amma xarici bir ölkəyə daha çox asılı olmaq, ölkənin çıxarını xarici ölkəyə fəda etmək və ya haqq tanımaq ki, gəlsin istədiyini etsin, millət buna yaxşı baxmır.”
O, Çinə verildiyi söylənən imtiyazların İran əhalisini qayğılandırdığını vurğulayır.
“Körfəzdə İran Çinin sənaye gəmilərinə imtiyaz vermiş. Gəlib orada balıq tuturlar. O da səbəb olub ki, oralarda yaşayan insanlara çox balıq tutmaq imkanı olmasın. Onların da iqtisadi həyatı çox çətin duruma düşsün. Yəni insanlar qorxur ki, Çinə belə imtiyazlar verilsə, İranın öz xalqı istədiyi bölgələrdə, istədiyi şərtlərdə və istədiyi sənayedə çalışa bilməsin və bu imtiyaz Çinə verilsin,” ekspert əlavə edib.